Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub.
Bu barədə Adalet.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, avqustun 27-də Şamaxı rayonunun Muğanlı kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Araşdırmalarla yanğının rayon sakini Mirağa Kazımov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.
Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Digər Xəbərlər

Ağdamda ata 2 yaşlı uşağını ölümcül döydü - FOTO

Xırdalanda DOST Mərkəzində yanğın - YENİLƏNİB

Traktorun yolda qayda pozması ağır qəzaya səbəb oldu - VİDEO
