adalet.az header logo
  • Bakı -°C
18 Noyabr 2026 12:19
119
SİYASƏT
A- A+

XİN rəhbərindən sülh müqaviləsi ilə bağlı AÇIQLAMA

Yenicə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşdən gəlirəm. Qeyd etmək istərdim ki, Avropa Komissiyası da Azərbaycanda konkret nəticələr əldə etməkdə və regionla intensiv əməkdaşlıqda maraqlıdır.

Adalet.az xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir, yeni yaranan nəqliyyat bağlantılarında Ermənistan ilə Azərbaycan arasında uğurlu sülh prosesi üçün də dəstək gördüyünü qeyd edərək deyib: "Uzun onilliklər davam edən münaqişədən sonra, nəhayət, hər iki ölkə arasında sülh seçimi ortaya çıxıb. Biz hər iki ölkəyə minnətdarıq ki, onlar Vaşinqtonda bu tarixi fürsətdən istifadə etdilər və indi yekun addımlar atılmalıdır. Mən istərdim ki, nəhayət, bu sülh müqaviləsi imzalansın".