Nazir: Azərbaycan-Türkiyə münasibətləri daha da möhkəmlənəcək
Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri hər zaman möhkəm olub və bundan sonra daha da möhkəmlənəcək.
Adalet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda almaniyalı həmkarı ilə birgə mətbuat konfransında jurnalistin sualını cavablandırarkən deyib.
Nazir bildirib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər xalqlar arasında ən yüksək səviyyədə olan dostluq və qardaşlıq əlaqələrinə əsaslanır. Şuşa Bəyannaməsi ilə iki ölkə arasında müttəfiqlik münasibətləri də rəsmiləşdirilib.
Onun sözlərinə görə, yaxın və qardaşlıq münasibətləri digər ölkələrdə baş verən proseslərin və fərqli fikirlərin mövcudluğunu istisna etmir.
“Azərbaycanın bununla bağlı yanaşması və mövqeyi çox aydın və açıqdır. Azərbaycanın öz inkişaf modeli var və ölkəmiz bu modelə uyğun inkişaf edir. Hesab edirik ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri indi də hər zamankı kimi möhkəmdir və bundan sonra daha da möhkəm olacaq”, – Ceyhun Bayramov vurğulayıb.
Digər Xəbərlər
18 Noyabr 2026 12:33
"Dövlətin aqrar sahədə siyasəti ilə bağlı yanlış təsəvvür yaranmamalıdır" - Komitə sədri
18 Noyabr 2026 12:22
“Bu hücumun hazırlanması bir neçə həftə davam edib”
18 Noyabr 2026 12:19
XİN rəhbərindən sülh müqaviləsi ilə bağlı AÇIQLAMA
18 Noyabr 2026 11:53
"Kiminsə müxalifətçi olması onu məsuliyyətdən azad etmir" - Nazirdən Əli Kərimli ilə bağlı suala cavab
18 Noyabr 2026 11:40
"Azərbaycan etibarlı tərəfdaşdır" - Almaniya XİN rəhbəri
18 Noyabr 2026 10:50
“İran maksimum dərəcədə vaxt qazanmağa çalışır...”
18 Noyabr 2026 10:40
Ceyhun Bayramovla Yohan Vadeful arasında təkbətək görüş oldu - YENİLƏNİB
18 Noyabr 2026 09:34


Bakı -°C

