adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Iyul 2020 12:20
9835
GÜNDƏM

Xeyrəddin Qoca: BİZ MAAŞLA DOLANAN ADAMLARIQ...

Bu yazını yazmaya da bilərdim. Neçə illərdən bəri məninarahat edən məsələlərii yazmağı qərara aldım.

Bakının meri Rəfael Allahverdiyev vardı.Mən də ona həmişə hörmətlə yanaşırdım.Çünki o, 1969-cu ildən Ümummili Lider Heydər Əliyevlə birlikdə işləmişdi. YAP-ınqurulmasında da böyük əməyi olmuşdur. Uzun illər dövlət işlərində çalışmışdır.

Birinci dəfə İstanbula gələndə həm Baş konsul kimi, həm də partiya yoldaşımkimi onu Atatürk Hava Limanında qarşıladım. Bildirdi ki, böyrəyinin müalicəsiilə əlaqədar Cenevrəyə getmək istəyir və məndən xahiş etdi ki, Cenevrə konsulluğundanona viza alım. Əlbəttə, bu mənim üçün adi iş idi, çünki dün- yanıın çox ölkələrinin Baş konsulları ilə müxtəlif tədbirlərdə, ziyafətlərdətez-tez görüşürdük, bir-birimizi tanıyırdıq. Əlbəttə, tezlikllə vizanı aldıq.Dedim "Rəfael müəllim, birdən pula ehtiyacınız olar, başqa ölkəyəgedirsiniz. Mən təzə maaş almışam, 3.000 dollarım var..." Rəfael müəllimdedi ki, narahat olma, məndə bir saat vardı, onu 25.000 dollara satıb, həminpulla gedirəm. Soruşdum "o nə saatdır, elə?" Cavab verdi ki, "cənabPrezidentlə BƏƏ-lərində olanda nümayəndə heyətimizin üzvlərinə ərəb şeyxi bağışlamışdı.Saatın üstündə brilliant qaşlar vardı.." Dedim ki, "lap yaxşı!"

Elə bildi, mən onun bu sözlərinə inandım... Sonra soruşdum ki, "Cenevrədəqalmağa yeriniz-yurdunuz varmı?" Rəfael müəllim bildirdi ki, bir tanışımınevində qalacağam..." Sonra mənə dedilər ki, Rəfael müəllimin Cenevrədə şəxsivillası varmış... Mənə desəydi, Allah sağlığınıza qismət eləsin, deyərdim. Eləburadaca qeyd edim ki, mən kimin harada villa-filan almasına ancaq sevinə bilərəm.Pulum olsa, mən də alaram...

Bir dəfə yenə Rəfael müəllim İstanbuldan Cenevrəyə getmək üçün məndən viza almağıxahiş etdi, əlbəttə, aldım. Restoranda çörək yeyəndə yenə ondan soruşdum ki,"birdən pula-zada ehtiyacınız olar?" Mənə bir əhvalat danışdı. Dediki, "Türk-Azərbaycan iş adamları birliyinin rəhbəri Əli bəy bilir, onunlagedib bankdan pul götürmək istəyəndə gördü ki, bank hesabımda cəmi 1000 dollarımvar. Soruşdu ki, "Rəfael müəllim, 1000 dollara görə Bakıdan bura gəlmisiniz?Mən də cavab verdim ki, 1000 dollar az puldur?.."

İstanbula gələn bütün vəzifəli adamlar mənimlə belə qeyri-səmimi, saxta danışırdılar!Adamdan soruşarlar, sizdən pul istəyən var? İstanbula yüzlərlə dövlət adamı, vəzifəlişəxslər gəlirdilər, hamısı Rəfail Allahverdiyev kimi danışırdılar... Həmişə ürəyimdəfikirləşirdim ki, belə qeyri-səmimi adamlar dövlət vəzifələrində necə işləyirlər?Yerigəlmişkən, R.Allahverdiyev rəhmətə gedəndə partiya yoldaşlarının çoxu başsağlığıvermədilər. Bəziləri mətbuatda dedilər ki, "ölüb, ölüb də!.." Amma mənmətbuatda başsağlığı verməyi özümə borc bildim...

Bir dəfə ortancıl qızım xəstələnmişdi, Türkiyəyə müalicəyə aparmaq üçün SəhiyyəNazirliyindən göndəriş almaq istəyirdim. Mümkün olmadı. Təsadüfən Azərbaycan BaşProkurorluğunun yanından keçəndə Baş prokuror Zakir Qaralovdan kömək istəmək qərarınagəldim. Yanına getdim və ondan xahiş etdim ki, Səhiyyə nazirinə zəng vursun,bizə göndəriş versinlər.O da Səhiyyə nazirinin köməkçisinə zəng vurub bizimxahişimizi çatdırdı. Sonra biz heç cür köməkçi ilə danışa bilmədik...

Baş prokurorla görüşümüz zamanı onun mənə dediyini unuda bilmirəm. ZakirQaralov mənə dedi ki, "mən sizə kömək edərdim, amma nə edə bilərəm, maaşladolanan adamlarıq..."

Bu "maaşla dolanan adamların" dünyanın çox yerində əmlakları, pulları-hərşeyləri var!" Vəzifələrindən çıxarılan kimi, onların əmlaklarının siyahılarınıoxuyub başa çıxana qədər gözümüz qaralır! Bu nə biabırçılıqdır?!

Nəhayət qeyd edim ki, mən Azərbaycan Ptezidenti tərəfindən daim diqqət və qayğıilə əhatə olunuram. Köməyə ehtiyacım olanda həmişə ona müraciət etmişəm. Həmişədə diqqət və qayğısını görmüşəm. Ona görə heç bir vəzifəli şəxs deyə bilməz ki,mən ondan nə isə bir xahiş etmişəm... Onlardan səmimiyyətdən başqa heç nə gözləməmişəm,onu da görməmişəm...

Heç vaxt həyatdan və vəzifədən gedənlərin arxasınca danışmamışam, yazmamışam. Amma daha qeyri- səmimiliyə dözə bilmirəm!..