adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Iyun 2015 16:53
92632
RUBRİKA

“Xeyli məmur var ki tutduğu postun mahiyyətini düzgün dərk etmir”

Mandat. Ohər kəsə qismət olmur. Gərək seçiləsən, xalqın tərəfindən seçilmiş olasan. Azərbaycandahər 5 ildən bir, 125 nəfərə belə səadət nəsib olur: xalqını, onları seçəni təmsiletmək. Bu il ölkəmizdə Milli Məclisə növbəti seçki keçiriləcək. İndikideputatlardan yenə seçilmək istəyənlər olacaq. Son sözü həmişə xalq deyir.Maraqlıdır, xalq onlara yenə "hə" deyərmi? Özlərindən soruşmaq daha məqsədəuyğundur.Necə deputat olduqlarını, hansı təkliflərlə, çıxışlarla, mövqeləri iləseçildiklərini daha yaxşı özləri bilər. Əlbəttə qiyməti seçici müəyyənləşdirir,ancaq dəyərini gərək mütləq və mütləq özün biləsən.

Beləliklə Mandat rublikasının bugünkü qonağı 22 saylı Nəsimi ikinciseçki dairəsinin millət vəkili Asim Mollazadədir.

- Asim müəllim, 5 illik Milli Məclis fəaliyyətinizinecə dəyərləndirirsiniz?

-Düşünürəm ki, qənaətbəxş olub. Bir azərbaycanlı deputatdan qanunvericiliyin vəseçicilərin tələb etdiyi nə varsa, onu yerinə yetirməyə çalışmışıq. Əlbəttə istəyərdikki, ölkəmiz və seçicilər üçün daha çox iş görək. Lakin bəzən bizdən asılı olmayansəbəblərdən nələrisə etmək imkanımız olmayıb. Haradasa insan, məmur amili iləüz-üzə gəlməli olmuşuq və düşünürəm ki, bu ölkədə hər kəs öz üzərinə düşən vəzifəniləyaqətlə yerinə yetirsə, həll olunmamış heç bir problem qalmaz. 
Parlamentin Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsinin vəbir sıra dostluq qruplarının üzvü kimi fəaliyyətim kifayət qədər aktiv olub.Çünki bu gün Azərbaycanın xarici aləmlə təmaslarına, ölkəmizin tanıdılmasına vəhaqq səsinin dünyaya eşitdirilməsinə böyük ehtiyac var. Azərbaycan gənc vəböyük strateji hədəfləri olan dövlətdir. Onun ərazilərinin əhəmiyyətli bir hissəsiişğal altındadır, bir milyonadək məcburi köçkünü var. Buna baxmayaraq, dünyaölkəmizin haqq səsini eşitməyə həvəsli deyil. Biz də çalışırıq ki, bütünimkanlardan istifadə edərək ölkəmizin haqq səsini qaldırıq. Digər tərəfdən, Azərbaycanıntarixdəki missiyasını, mədəni dəyərlərini izah edə bilək. Bir millət vəkiliolaraq bu sahədə üzərimə düşən vəzifələri yerinə yetirməyə çalışmışam və bu,bundan sonra da davam edəcək. Bu beş il ərzində seçicilərlə, onların problemləriilə yaxın olmağa, onlara kömək əlimi uzatmağa çalışmışam. Heç bir seçicim deyəbilməz ki, müraciət edib, amma mən onun probleminə laqeyd yanaşmışam. İddia edəbilmərəm ki, hamısını həll etmişəm. Amma hamısının həlli üçün müvafiq qapılarıdöymüşəm. Bəziləri həllini tapıb, bəziləriniisə həll etmək imkanım xaricində olub.

- Bu müddət ərzində hansı problemin həlli sizi dahaçox sevindirib?

- Birmillət vəkili olaraq istənilən seçicinin, vətəndaşın probleminin həlli mənisevindirir. Çünki mənim bir peşəm də həkimlikdir və mən bu peşənin xarakterindənirəli gələn humanizmin insan həyatı üçün vacib şərt olduğunu başa düşürəm. Birinsanın probleminin həllinə kömək edəndə sevinirəm. Əgər insanlar son ümid yeriolaraq sənə pənah gətiriblərsə, çalışmalısan ki, ona imkanın daxilində kömək edəsən.Mən vətəndaşın probleminin həllini vəzifə borcum hesab edirəm. Xüsusilə şəhidailələrinin, müharibə əlil və veteranlarının, aztəminatlı, sosial dəstəyəehtiyacı olan təbəqələrin problemlərinə öz şəxsi problemim kimi yanaşmışam.Düşünmüşəm ki, bu həssas təbəqədən olan insanların ləyaqətli həyat şəraitini təminetmək bizim əsas vəzifələrimizdən biridir. Təqdirəlayiq haldır ki, bu ailələrədövlət tərəfindən ayrılan müavinətlərin məbləğinin artırılması üçün etdiyimiz cəhdlərmüsbət nəticə verib. Deputatı olduğum 22 saylı Nəsimi 2-ci seçki dairəsinin ərazisindəyerləşən məktəblərin, tibb müəssisələrinin problemlərinin həllində də düşünürəmki, az da olsa rolum var. Çünki vətəndaşların keyfiyyətli təhsil alması, tibbixidmətlə təmin olunması üçün istənilən məmurun qapısını döyməyə çəkinməmişəm.Çünki məmurlar bu xalqın xidmətçisi olmağa borcludurlar. Təhsil və səhiyyə eləsahələrdir ki, onlar cəmiyyətin həm intellektual, həm də fiziki sağlamlığını təminedir. Ona görə də bu sahələrlə bağlı problemlərə həssas yanaşıram. Gənclər vaxtaşırıxaricdə təhsil almalarına yardım göstərməyimiz üçün bizə müraciət edirlər.İndiyə qədər xeyli sayda Azərbaycan gəncinin xaricdə təhsil almasına yardımgöstərmişik. Onların yaxşı soraqlarını eşidəndə sevinirəm ki, nə yaxşı onlarıninkişafında xidmətim olub.

- MANDAT-ını qazandığınız seçicilərin həllolunmamış problemi kimi nələri sadalaya bilərsiniz?

- Buproblemlər daha çox seçicilərin mənzil şəraitinin yaxşılaşdırılması və işlə təminolunmasıyla bağlı olub. Bilirsiniz ki, indi vətəndaşların mənzillə təminolunması çətindir, bir deputatın həll edə bilməyəcəyi işdir. İş məsələsinə gəlincə,biz konkret peşə vərdişləri olan, hansısa ixtisasa peşəkarcasına yiyələnəninsanları istiqamətləndirməyə cəhd göstərmişik. Lakin bəzən elə insanlar müraciətedirlər ki, onlardan soruşuruq, siz hansı işdə işləmək istəyirsiz? Deyirlər ki,nə iş olur olsun. Onlar konkret hansısa peşənin mütəxəssisi deyillər və nəyibacardıqlarını belə dəqiq bilmirlər. Elə adamları istiqamətləndirmək çətinolur. Yeri gəlmişkən deyim ki, bu, Azərbaycanda peşə təhsilinin iflic vəziyyətdəolması ilə əlaqədardır. Ali təhsil almaq imkanı olmayan insanlar mütləq hansısapeşə təhsilinə yiyələnməlidirlər ki, müvafiq istiqamətdə işləyə bilsinlər.

- Qarşıdan gələn parlament seçkilərində iştirak etməkniyyətiniz varmı?

- Hələseçkilərə xeyli vaxt var. Bu barədə yekun qərarı seçicilər və partiya verəcək. Böyükehtimalla növbəti seçkidə iştirak edəcəyəm. Bizim partiya müxalifətpartiyasıdır. Və hər bir siyasi partiyanın mövcudluğunu şərtləndirən başlıcaamil məhz onun seçkilərdə iştirakı ilə bağlıdır. Demokratik İslahatlarPartiyasının da əsas hədəfləri məhz qanunverici və yerli özünüidarəetməhakimiyyətində əhəmiyyətli yerləri tutmaqdır. Çalışacağıq ki, növbəti parlamentseçkilərində də həmişə olduğu kimi qadın və gənc namizədlərə üstünlük verək.

- Asim müəllim, Azərbaycan Milli Məclisində aktivolan millət vəkilləri azlıq təşkil edir. Hətta onlar barmaqla sayılacaq qədərdir.Bunun səbəbi nə ilə əlaqədardır?

- Hərbir deputatın fəallığı məncə daha çox onun üzərinə götürdüyü öhdəlikləri,qanunvericiliyin tələblərini hansı səviyyədə yerinə yetirməsilə ölçülməlidir.Elə deputatlar var ki, onlar Milli Məclisin iclaslarında fəallıq göstərməsələrdə, seçicilərlə işdə kifayət qədər fəaldırlar. Yaxud ölkədə fəaliyyətləri o qədərdə ciddi hiss olunmur, lakin xarici siyasətə müəyyən töhfələr verə bilirlər.Odur ki, bu məsələyə kompleks yanaşmaq lazımdır. Hər halda mənim hansısadeputatın fəaliyyətinə konkret qiymət verməyim etik olmaz. Yaxşı olar ki,deputatların fəaliyyətinə seçicilər və cəmiyyət qiymət versin. O da ola bilərki, hər bir deputatın fəaliyyətinin, yaxud fəaliyyətsizliyinin izahatı var vəonu da məhz həmin deputatın özü verə bilər.

- AzərbaycanMilli Məclisini regionda yeri və rolu barəsində nə deyə bilərsiniz?

- AzərbaycanınMilli Məclisinin üzvləri beynəlxalq və regional təşkilatlarda kifayət qədər fəallıqgöstərirlər. Şərqi Avropa və Cənubi Qafqazregionundakı problemlər, həll olunmamış münaqişələrlə bağlı məsələlərdəAzərbaycan parlamentinin kifayət qədər prinsipial mövqeyi var. Biz bu problemləribeynəlxalq platformalarda qaldırır, onların həlli üçün müvafiq dəstəyi əldə etməyəçalışırıq. Eyni zamanda biz Qərbdəki sivil cəmiyyət, hüquqi dövlət modelininyaradılması üçün zəruri olan əksər qanunları ölkəmizə və regionumuza gətirmişik.Bir sıra qanunların qəbulundə demək olar ki, region parlamentləriniqabaqlamışıq. Azərbaycan parlamentinin ən effektiv əməkdaşlıq etdiyi parlamentlərdənbiri də Türkiyə parlamentidir. Demək olar ki, bu iki ölkənin parlamentariləribeynəlxalq platformada bir çox məsələlərdə vahid mövqedən çıxış edirlər. Eynişeyi Gürcüstan parlamenti barədə də demək olar. Məlum münaqişəyə görə, bizimErmənistan parlamenti ilə heç bir əlaqəmiz yoxdur. Çünki Ermənistan konstruktuvmövqe nümayiş etdirmir və Azərbaycanla münasibətləri yumşaltmaq istiqamətindəheç bir addım atmır.

- Adətən millətvəkilləri ilə İcra Hakimiyyətləri və ya bir sıra məmurlar arasında müəyyənsoyuqluq olur. Sizdə bu sarıdan nə kimi problemlər var?

- Azərbaycandaxeyli məmur var ki, hələ də tutduğu postun mahiyyətini düzgün dərk eləmir.Onlara elə gəlir ki, vətəndaşlar onlara xidmət etməlidirlər. Halbuki məmurlar vətəndaşlarınödədikləri vergilər və ölkənin təbii sərvətlərindən gələn gəlirlər nəticəsindəformalaşmış dövlət büdcəsindən maaş alırlar. Əllərindəki inzibati resursları daonlara ona görə veriblər ki, xalqa xidmət etsinlər. Lakin bəzi hallarda məmurlarxidmət missiyalarını unudurlar və öz vəzifələrinin öhdəsindən ləyaqətlə gəlmirlər.Amma bunu bütün məmurlar haqqında demək olmaz. Bizim Nəsimi rayonunun İcraHakimiyyəti və ayrı-ayrı icra orqanları ilə bağlı ciddi problemlərimiz yoxdur.Düşünürəm ki, onlarla əməkdaşlığımız alınır və bizim ünvanladığımız deputatsorğularına məsuliyyətlə yanaşırlar. İcra hakimi Nəsib Məhəməliyev kifayət qədərpeşəkar icra hakimidir və vətəndaşların problemlərinə qayğı ilə yanaşmağaçalışır. Bəzən rayondakı hansısa problemin həlli üçün birlikdə mübarizəaparırıq. Hansısa daha böyük səlahiyyətləri olan məmuru rayonun probleminə diqqətləyanaşmağa cəlb edə bilirik.

ƏdilƏdilzadə