adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Aprel 2014 12:28
4981
HADİSƏ

Xəstəxananın həyətindən körpə meyiti tapılıb

Qax Mərkəzi Rayon Xəstəxanasınınhəyətində yeni doğulmuş körpə meyiti tapılıb.

Qax Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhərsaatlarında qeydə alınıb.

Qax Mərkəzi RayonXəstəxanasının həyətində yeni doğulmuş oğlan uşağının meyitinin tapılmasıbarədə polisə məlumat daxil olub, əraziyə hüquq-mühafizə orqanlarınınəməkdaşları çıxıb.

Araşdırmalar zamanı uşağınvaxtından əvvəl doğulduğu müəyyən edilib. Həkimlər uşağın xəstəxanadadoğulmadığını bildiriblər.

Hazırda meyitin ora kimintərəfindən və hansı məqsədlə atıldığı araşdırılır.