adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 Aprel 2024 12:45
1063
HADİSƏ

Bərdədə canavarlar fərdi təsərrüfata hücum etdi

Bərdədə canavarlar fərdi təsərrüfata hücum ediblər.

Adalet.az-ın verdiyi xəbərə görə, hadisə rayonun Böyük Göyüşlü kəndində məskunlaşan məcburi köçkün Atəş Quliyevin fərdi təsərrüfatında qeydə alınıb.

Təsərrüfatda 30 baş xırdabuynuzlu heyvan olub. Yırtıcılar onlardan 10-nu parçalayıblar.

Qeyd edək ki, hadisə ilə bağlı əraziyə rayon baytarlıq və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları cəlb ediliblər. Parçalanan heyvanlardan quduzluq əleyhinə nümunələr götürülüb. Tələf olan heyvanlar təsərrüfatdan kənarlaşdırılaraq basdırılıblar./report