Xəstəxanalarda hava nə üçün yoxlanılır? - Səhiyyə Nazirliyi cavab edir
“Tibb müəssisələrində havanın bakterioloji müayinəsi xəstəxana daxili infeksiyaların qarşısını almaq, dezinfeksiya tədbirlərinin və havalamdırma sistemlərinin effektiv olduğunu, sanitariya-gigiyenik vəziyyəti qiymətləndirmək məqsədilə həyata keçirilir”.
Adalet.az xəbər verir ki, bu barədə “Sağlam radio” nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mikrobioloqu Qumru Qaibova deyib.
Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bakterioloji laboratoriyasında müayinələr aspirasiya üsulu ilə aparılır:
“Müayinə üsulunun üstünlüyü dəqiqliyinin yüksək olmasıdır. Tibb müəssisələrindən hava nümunəsini Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bakterioloji laboratoriyasının tibb personalı havasoran cihaz (Aspirator) vasitəsilə götürür. İçərisində mühit olan petri kasası hava cihazın daxilinə yerləşdirilir və müəyyən həcmdə hava (100-500 l) qida mühitindən keçirilir. Havada olan mikroorqanizmlər qida mühitinin üzərinə hopur. Götürülmüş hava nümunəsi Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bakterioloji laboratoriyasına gətirilərək, termostatda inkubasiya olunur. Əmələ gələn kolonyalar sayılır və 1 kub metr havaya görə hesablanır. Alınan nəticə sanitariya normalara uyğun olmalıdır”.
Dediyinə görə, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyində olan ərazi Respublika Gigiyena və Epidemiologiya Mərkəzləri tərəfindən plan üzrə tibb müəssisələrdən götürülmüş hava nümunələrinin bakterioloji müayinəsi zamanı çirklənmə aşkar edilərsə, müəssisə rəhbərinə xəbərdarlıq edilir:
“Nöqsanların aradan qaldırılması üçün təkliflər verilir. Bu təkliflərin icrasına nəzarət məqsədilə təkrar laborator müayinələr aparılır”.
Digər Xəbərlər
14 Aprel 2026 10:39
Uşaqlar üçün transplantasiya daha çətindir
14 Aprel 2026 10:37
13 donor 73 insana həyat verdi - SN açıqladı
13 Aprel 2026 16:22
Həmin uşaqlardan birinin vəziyyəti ağırdır
13 Aprel 2026 15:22
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
13 Aprel 2026 13:04
AQTA-dan idman qidalarının qanunsuz satışı barədə XƏBƏRDARLIQ
10 Aprel 2026 19:03
Prostat xərçənginin diaqnostikasında yeni üsulun tətbiqinə başlanılıb
10 Aprel 2026 12:57
Vətəndaşlar işəgötürənin hesabına tibbi müayinədən keçiriləcəklər
08 Aprel 2026 16:34


Bakı -°C

