Azərbaycan Universiteti və “Azərbaycan Uşaqları” İctimai Birliyi memorandum imzalayıblar
Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva və universitetin nümayəndə heyəti “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzini ziyarət edib. Universitetin nümayəndə heyəti mərkəzdə uşaqlar üçün yaradılan şəraitlə tanış olub, qayğıları ilə maraqlanıb, uşaqların əl işlərindən ibarət sərgini gəziblər.
Mərkəzin direktoru Kəmalə Ağazadə “Azərbaycan Uşaqları” İctimai Birliyi və onun nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzinin yaranma tarixi və məqsədi, həmçinin mərkəzdə yaşayan uşaqlar barədə geniş məlumat verib. Mərkəzin yeni binasının Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə ərsəyə gəldiyini qeyd edib, onun uşaqlara qayğısı və hüquqlarının qorunması istiqamətində həyata keçirdiyi fəaliyyətlərə toxunub.
Çay süfrəsi arxasında davam edən söhbət zamanı Kəmalə Ağazadə uşaqların sosial adaptasiyası, reabilitasiyası və təhsilə inteqrasiyası istiqamətində görülən işlər barədə danışıb, göstərilən diqqətə görə rektor Səadət Əliyevaya və universitet heyətinə təşəkkür edib. Rektor öz növbəsində mərkəzin uşaqlar üçün böyük əhəmiyyət daşıdığını qeyd edib, həssas sosial qruplara mənəvi dəstəyin vacibliyini vurğulayıb.
Sonda tərəflər arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub, anlaşma memorandumunun imzalanmasıyla əməkdaşlıq rəsmiləşdirilib. Sənədi Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və mərkəzin direktoru Kəmalə Ağazadə imzalayıblar. Memoranduma əsasən tərəflər öz resurs və təcrübələrindən istifadə edərək qarşılıqlı ümumi maraq doğuran sahələrdə əməkdaşlıq edəcəklər.
Digər Xəbərlər
14 Aprel 2026 09:58
Magistraturaya qəbulun II cəhdinə qeydiyyat bu gün başa çatacaq
13 Aprel 2026 18:38
Bu bağçalara yeni müdirlər təyin olundu
13 Aprel 2026 15:46
Rezidenturaya ərizə qəbulu elan olundu
13 Aprel 2026 12:49
Buraxılış imtahanının nəticələri nə vaxt elan olunacaq?
13 Aprel 2026 11:10
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır
13 Aprel 2026 09:40
Magistraturaya qəbulun II cəhdində iştirak etmək istəyənlərin sayı açıqlandı
12 Aprel 2026 00:11
Bu gün 53 minə yaxın şagird buraxılış imtahanı verəcək
10 Aprel 2026 12:05


Bakı -°C

