Prostat xərçənginin diaqnostikasında yeni üsulun tətbiqinə başlanılıb
Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Hərbi Hospitalının “Böyrək xəstəlikləri və orqan transplantasiyası” şöbəsində tibbdə müasir yanaşmalardan biri olan ARTEMIS – MR Fusion Prostat Biopsiyası texnologiyasının tətbiqinə başlanılıb. Yenilik tanınmış cərrah-uroloq, transplantoloq, DTX Hərbi-Tibb Baş İdarəsinin Elmi-Təcrübə Mərkəzinin rəisi, Azərbaycan Respublikası Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının İdarə Heyətinin sədri tibb elmləri doktoru Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib.
Assosiasiyadan Adalet.az-a bildirilib ki, bu sistem prostat xərçənginin daha erkən mərhələdə və yüksək dəqiqliklə aşkarlanmasına imkan yaradır.
ARTEMIS cihazında xüsusi proqram təminatı vasitəsilə prostatın multiparametrik maqnit-rezonans tomoqrafiya görüntüləri ultrasəs görüntüləri ilə birləşdirilir. Bu üsul sayəsində prostatda bədxassəli sahə dəqiq müəyyən edilir və biopsiya birbaşa hədəf nöqtədən götürülür.
Qeyd edək ki, hədəfli biopsiya texnologiyası prostat xərçənginin diaqnostikasında səhv ehtimalını azaldır və xəstəliyin vaxtında aşkarlanmasına əhəmiyyətli töhfə verir.
Digər Xəbərlər
20 May 2026 16:53
“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” aksiyası keçirilib
20 May 2026 12:00
“Super qida”ya çevirdiyimiz cincilim
19 May 2026 12:15
Bu ölkələrdə Ebola sürətlə yayılır - ÜST-ün baş direktorundan xəbərdarlıq
19 May 2026 10:20
Azərbaycanda içməli su necə yoxlanılır?
18 May 2026 09:29
Keyfiyyətli yuxunun sirri - Elmi nəticə
14 May 2026 10:08
Fərdi həkim kimi işləmək istəyənlər üçün TƏLƏBLƏR: SN qaydaları izah edir
14 May 2026 10:05
Lisenziya pozuntularına görə kim cəzalanır - həkim, yoxsa klinika?
14 May 2026 09:58


Bakı -°C

