adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Noyabr 2021 18:46
1753
DÜNYA

Xərçəng xəstəsi olduğunu deyib ianə ilə estetik əməliyyat etdirdi

Türkiyədə dünyanın ən məşhur canlı yayım platforması “Twitch” istifadəçisi xəstəliyi bəhanə edərək izləyicilərdən küllü miqdarda pul toplayıb.

Didem Şener döşündə şişə görə əməliyyat olunması adı ilə yığdığı pulu estetik əməliyyata xərcləyib. O, sinəsinə silikon implant elətdirəndən sonra “Twitch” hesabını bağlayıb.

Didem Şener yayımladığı video ilə bağlı “Instagram”da paylaşım edərək onun 1 il əvvələ aid olduğunu bildirib. O qeyd edib ki, birbaşa sinəmi estetik əməliyyat etdirəcəyimi desəydim, insanlar məni qınaya, “qıza bax, plastik əməliyyat üçün pul yığır” deyə fikirləşə bilərdilər.