adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Noyabr 2019 14:31
73585
MƏDƏNİYYƏT

Xəcalətdən teatrdan uzaqlaşdım və ya Nəsillər-nəsili

Onu uşaqlıq illərimdən tanıyıram. Hərzaman xarakterində olan həddən ziyadə daha çox ciddilik diqqətimi cəlb edirdi.Heç zaman bir kəlmə də olsun artıq söz və ya ifadə işlətməz, məşq və ya tamaşazamanı ancaq səhnə kənarında dayanıb mizanının vaxtını səbrsizliklə gözləyərdi.Yaxud da aktyorlara aid olan səhnə kənarı foedə əlində rol dəftəri obrazın sözlərinədiqqət yetirərdi. Kənardan çox zəhimli görünən bu xanım bütün bunlara rəğmənxoş xasiyyətli və mehriban, səmimiyyəti ilə də seçilməyi bacarırdı. Çünki onunxarakterində yalan, ikiüzlülük, kimlərinsə dalınca olmazın iftiralarınıdanışmaq və ya kiminsə şəxsi həyatını müzakirə etmək marağı yox idi. Elə bu səbəbdəndə əksər dırnaqarası olan sənət dostları onu bəyənmirdilər, ağız büzürdülər həttahaqqında olmazın yalanlarını danışırdılar. O, bunları da bəzən eşidirdi. Ancaqtəmkinini pozmadan bu kimi səfil düşüncə tərzində olan sənət dostlarına fikirverməz ancaq yaradıcılığı ilə məşğul olardı. Bax bu kimi xüsusiyyətləri onudaha çox sevdirərdi. Sakitlik və tək yaradıcılıq axtarışları onun həyat amalıidi. Uzun illər idi ki, onunla görüşmürdüm və nəhayət yağışlı bir gündə Gəncədəgörüşdük. Deyirlər su aydınlıqdır. Elə bu aydınlıq işığında bir daha olanları vəkeçmişi birlikdə vərəqlədik. Danışdıqca qocaman səhnə ustalarını, sənət müəllimləriolan xalq artistləri Ələkbər Seyfini, SədayəMustafayevanı və Rəmziyyə Veysəlovanı xatırlayıb bir az da kövrəldi. Xatirələriharadasa uzaqlarda dolaşan düşüncələrində yenidən canlandı. Ancaq bütünbunlarla yanaşı həyatın görünməyən bir üzü, amansız tərəfləri də var. Çox zamanhəyatda yaradıcı şəxsin zəhməti və əziyyəti lazımca dəyərləndirilmədikdəqarşılarında utanclıqla dayanmaq məcburiyyətində olursan. Məhz haqqında söhbətaçaçağım sənətkarda yaradıcılığı vaxtında dəyərləndirilməyən, kimlərinsə kələfiningüdazına gedən şəxslərdəndir. AktrisaFizulət Rzayeva tək.

1951-ciil dekabr ayının 23-də Gəncədə İlyas kişi və Münəvvər xanımın ailəsində anadanoldu. Ailənin səkkiiz uşağından biri olan Fizulət Razyeva 20 saylı orta məktəbi bitirdikdən sonra sənətəolan məhəbbəti onu Gəncə Dövlət Dram Teatrına gətirdi. Səhnədə ilk kövrəkaddımlarını xatırlayan aktrisa deyir: "Mənim ana tərəfim Zəngəzurmahalındandır. Gəncədə böyük Qarabağlılar nəsli vardı. Bu nəsil anamınvalideynləri idi. Uşaqlıq illərimin çox hissəsi isə məhz Gəncədə ana nənə-babamınhimayəsində olub. Orta məktəb illərindən ədəbiyyata göstərdiyim həvəs bu sahədəmükəmməl inkişafıma böyük zəmin yarada bilib. Bunun nəticəsi olaraq da mən məktəbinbütün tədbirlərində o cümlədən ümumşəhər tədbirlərində çıxışlar edir, şerlərsöyləyirdim. Xatırlayıram ki, orta məktəb illərində bizə tamaşalara baxmaq üçünbiletlər verərdilər. Mən böyük həvəslə bu tamaşalara baxardım. Səhnədə XuramanHacıyevanın çıxışlarına baxa-baxa düşünürdüm ki, mən də bu cür çıxışlar edə bilərəm.Beləcə səhnəyə məndə həvəs yaranırdı. Ancaq elə bir dövr idi ki, heç kimə heç nədeyə bilmirdim. Orta məktəbi bitirdikdən sonra dayımın qızına bu arzum haqqındadanışdım. O zamanlar dayımın qızı Gəncədə Mədəniyyət evlərinin birində musiqimüəlliməsi işləyirdi. Həmin Mədəniyyət evinin direktoru Tofiq müəllimlə məni GəncəDövlət Dram Teatrının baş rejisoru Yusif Bağırovun yanına gətirdilər. YusifBağırov mənə dedi ki, bir şer söylə. Mən "Xosrof və Şirin” poemasından birparca söylədim. Heç nə demədi, bir xeyli düşündü. Beləliklə, 1968-ci ilsentyabr ayının 15-də Gəncə Dövlət Dram Teatrına aktrisa olaraq qəbuledildim.”

İlkandaca rejisorların marağını özünə cəlb edə bildiyindən respublikanın əməkdarincəsənət xadimi Yusif Bağırovun quruluşunda 3 pərdəli, 9 şəkilli ŞotaRustavelinin "Pələng dərisi geymiş pəhləvan” poeması əsasında Məmmədəli Nəsirovunqələmə aldığı "Tariyel” mənzum dramında Nəstan Darecan obrazı ona sınaq məqsədiləhəvalə edildi və müvəffəqiyyətlə oynamağı bacardı. Aktrisa ilk debütü haqqındadanışır: "Mənə bu obraz həvalə edildikdə necə qirimlənəcəyimi belə bilmirdim. Ozaman xalq artisti Sədayə Mustafayeva məni qarşısında otuzdurub ilk qirimimietdi. Əlimdən tutub səhnənin arxasına kimi apardı. Məni sona qədər səhnəninarxasında gözlədi. Oynadım. İnanın ki, o gün teatrda böyük bayram idi. Səhərigün böyük bir iclas çağırdılar. Hər kəs axşamkı tamaşanın uğurundan danışırdı.O zaman yenə də xalq artisti Sədayə Mustafayeva dövrü mətbuatda "Səhnəyə istedadgəlir” məqaləsi ilə çıxış etdi.”

İlkdebütündən sonra aktrisa Fizulət Rzayeva bu teatrının səhnəsində Ələkbər Seyfi,Məhəmməd Burcəliyev, Sədayə Mustafayeva, Rəmziyyə Veysəlova, Ələddin Abbasov, KərimSultanov, Ağa Məmmədov, Səməd Tağızadə, Firuzə Bədirbəyli kimi müqtədir səhnəustaları ilə birlikdə çalışmalı olur. Bir-birinin ardınca maraqlı obrazlarqaleriyası yaradan aktrisa M. İbrahimovun "Kəndçi qızı”da Leyla, E. Braqinski vəE. Ryazanovun "Həmişə təmizlikdə”də Qalya, Ə. Kürçaylının "Qoruqlar”da Nübar,A. Məmmədovun "Ulduzlar görüşəndə”də Ücünçü Hərəm, U. Şekspirin "Otello”daDezdemona, C. Cabbarlının "Yaşar”da Yaqut, "1905-ci ildə”də Gənc Sona, "Solğun çiçəklər”də Pəri, Əfqanın"Qız atası”da Rəna, Kifayət, R. Şahvələdin"Fərəf”də Fərəh, Q. Zapolskayanın"Xanımın əxlaq dərsi”də Qanka, N. Gəncəlinin "Məhəbbət körpüsü”də Pərvin, S.Vurğunun "Vaqif”də Gülnar, S. Mirzənin "Altuntac”da Mələk kimi surətləri ilədiqqəti cəlb etməyi bacarır.



27dekabr 1968-ci ildə rejisor, respublikanın əməkdar incəsənət xadimi YusifBağırovun quruluşunda 3 pərdəli, 6 şəkilli Ələsgər Şərifovun tərcümə və təbdilindəolan "Bəli, dünya dəyişib” komediyasında aktrisanın yaratdığı Bənövşə obrazı damaraqla qarşılanan surətlərindəndir. 25 mart 1969-cu ildə "Kirovabadkommunisti” qəzetində Əlikram Yusubovun "Bəli, dünya dəyişib” resenziyasındaaktrisanın oyun tərzi haqqında oxuyuruq: "Rejisor Yusif Bağırov gənclərə inanıbvə onlara məsul rollar tapşırıb. Bənövşə rolunda çıxış edən Fizulət Rzayevanınoyunu real və səmimidir. Bənövşə - Fizulət aldadıldığı üçün xəcalət çəkir,insanlardan uzaq olmaq istəyir. Valid onu bağışlayır və yenə də odlu ehtiraslasevir. Daha ona nə lazımdır? Gənc aktrisa Bənövşənin ürək çırpıntılarını, Validəməhəbbətini və Çingizin xəyanətinə qarşı nifrətini açıb göstərə bilir.”

Bunailiyyətlərindən sonra haqqında dövrü mətbuatda yazılan çoxsaylı məqalələrigörüb ailə üzvləri onun bir aktrisa olaraq fəaliyyət göstərməsinə icazə verməyiblər.Bu üzdən aktrisa bir müddət teatrdan uzaqlaşmalı olub. Bu zaman yenə də sənətmüəllimlərindən olan Ələkbər Seyfinin göndərişi ilə xalq artisti SədayəMustafayeva nənəsi Məşədi Mədinə xanımın görüşünə gələrək onun teatrdaçalışmasına icazə istəyib. Aktrisa Azərbaycan Dövlət İncəsənət Universitetinə qəbulolunmaq istəsə də bu arzusunu da reallaşdıra bilməyib. Səbəb isə imtahanlarahazırlaşaraq teatr və kino aktyoru, bədii qiraətçi, Respublikanın əməkdarartisti Müxlis Cənizadənin (26.11.1928 – 10.12.1972) imtahanlarından uğurlakeçməsinə baxmayaraq ədəbiyyatdan yazılı imtahan vaxtı səbəbsiz olaraq hansısabir bəhanə ilə auditoriyadan çıxarılması olub. Sonradan xalq artisti SədayəMustafayeva öyrənə bilib ki, Fizulət Rzayevaya Gəncə Dövlət Dram Teatrında dahaçox ehtiyac olduğundan onun imtahan auditoriyasından səbəbsiz çıxarılmasını istəyəno illərdə teatrın direktoru kimi fəaliyyət göstərən Yusif Qazıyev olub. Bundansonra aktrisa Gəncə Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatıfakültəsinə qiyabi olaraq daxil olaraq ali təhsil alıb. Aktrisa o illərixatırlayarkən deyir: "Gəncədə təhsil alarkən mənə daha çox köməklik edən gözəlpedaqoq, alim, nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi olan Altay Məmmədovun,xalq artistləri Ələkbər Seyfinin, xeyirxahlarım olan xalq artistləri MəhəmmədBurcəliyevin və Sədayə Mustafayevanın eləcə də xalq artisti Rəmziyyə Veysəlovanındiqqət və qayğıları ilə əhatə olunmağımı heç zaman unuda bilmərəm. O zaman GəncəDövlət Dram Teatrında böyük sənət məktəbi vardı. Mən də xoşbəxt taleli bir gəncidim ki, bu sənət məktəbində püxtələşirdim. Hətta deyim ki, qrim otağındayaradılan səliqə-səhmanı, qrim edib səhnəyə addım atmağı belə bu kimi sənətkorifeylərindən öyrənirdim.”

O,valideyinlərinin təkidi ilə 1974-cü ildən 1981-ci ilədək sevdiyi sənətindənuzaqlaşmaqla ailə həyatı quraraq bir müddət Kürdəmir rayonunda yaşamalı olub.Ancaq bu zaman da taleyi üzünə gülməyib. Ailə həyatı uğursuz olduğundan üçyaşlı qızı və bir yaşlı oğlu ilə yenidən Gəncəyə qayıdıb. Fədakar ana olaraq buövladların boya-başa çatdırılması, tərbiyyə olunması kimi məsuliyyətli bir həyatömrünü şərəflə qoruya bilib. Boya-başa çatdırdığı qızı və oğlu xoşbəxt taleliövlad olaraq onun sevincinin əsasıdır. Aktrisa 1981-ci ildən Gəncə Dövlət DramTeatrında fəaliyyətini davam etdirib. Bu illərdə o, böyük təziqlərlə üzləşməliolub. İstedadı və yaradıcılıq uğurlarını qəbul edə bilməyən sənət dostlarınınbir qismi onun teatrdan uzaqlaşmasını istəyiblər. Bu zaman onu teatrda təziq vəhücumlardan qoruyan sənətkar isə respublikanın xalq artisti Rəmziyyə Veysəlovaolub. Bütün təziqlərə baxmayaraq bu illər ərzində F. Bayramovun "Nüşabə”dəNüşabə, S. Səfərovun "Həsrət”də Gözəl, Ə. Hacızadənin "İtgin gəlin”də Hürriyyət,U. Şekspirin "III-Riçard”da Marqarita, A. Dudarevin "Astana”da Nina, R. Əlizadənin"Doğmalar”da Mirvari, T. Mahmudun "Onuncular”da Zərnişan müəllimə, F. Sadığın"Bir parça vətən”də Dibələk, H. Cavidin "Ana”da Ana, "Afət”də İlçay, A. Məmmədovun"Bəraət”də Zərintac, Ş. Xusainovun "Ana vüqarı”da İkinci gəlin, F. Əlyarbəylinin"Qonşular”da Solmaz, S. Dərvişin "Fosforlu Cevriyyə”də Məlahət, N. B. Vəzirovun"Müsibəti Fəxrəddin”də Hürü, İ. Əfəndiyevin "Atayevlər ailəsi”də Mehricanobrazları aktrisanın maraqla qarşılanan və Gəncə Dövlət Dram Teatrının tarixindəuğurlu səhnə fəaliyyətindən xəbər verir. Onun səhnə uğurları haqqında xalqartisti, rejisor Məhəmməd Burcəliyevin "Ədəbiyyat və İncəsənət” qəzetinin 28sentyabr 1984-cü il tarixli №39 (2122) sayında nəşr olunan "Hakimiyyət, cinayətvə cəza” resenziyasında oxuyuruq: "U. Şekspirin "III-Riçard” faciəsindəquruluşçu rejisor Hilal Həsənovun uğurlu işinin nəticəsindən biri də aktrisaFizulət Rzayevanın oynadığı Marqarita surətidir. İngiltərədən qovulan Lankastersülaləsinin kralicası Marqarita tamaşanın əvvəlində Riçardla bağlı gələcək faciələrinsonunu söyləyir və zaman keçdikcə hər bir obraz səhnədə öldürülərkənMarqaritanın qələbə himni kimi səslənən gülüşü onun "peyğəmbərliyini” yadımızasalır. Aktrisa rolun faciəvi ağırlığını duyur, təbii və emosional səpgidəMarqaritanın iztirabını və nəhayət, mənəvi qələbəsini tədricən tamaşaçıya açıbgöstərir.” Və ya rejisor, respublikanın əməkdar incəsənət xadimi YusifBağırovun quruluşunda 22 fevral 1986-cı ildə Gəncə Dövlət Dram Teatrının səhnəsindəAleksey Dudarevin "Astana” (Tərcümə edən-Emin Mahmudov) iki hissəli dramındaaktrisanın yaratdığı Nina obrazı haqqında profesor Bağır Bağırovun 10 aprel1986-cı il tarixli "Kirovabad kommunisti” qəzetinin №71 (10.694) sayında dərcedilən "Mənəvi ləyaqətə çağırış” məqaləsində oxuyuruq: "Sərxoşluğa qurşanan ərindənminbir əzab çəkən Ninanın – Fizulətin həyacanları, əzabları, istəmədiyi biradama ərə getməsini söylədikdə keçirdiyi əsəbilik anlarını aktrisa varlığı iləyaşayır, onun "bu zəqum hər şeyi əvəz edə bilərmiş: arvadı da, uşağı da, ananıda, bacını da” sözləri sərxoşluğa qarşı bir ittiham kimi səslənir, tamaşaçınıbu böyük bəlaya nifrətə çağırır.”

Qeydetmək lazımdır ki, Fizulət Rzayeva 35 illik səhnə fəaliyyəti müddətində GəncəDövlət Dram Teatrında Yusif Bağırov, Həsən Ağayev, Əşrəf Quliyev, Məhəmməd Burcəliyev,Hilal Həsənov, Arif Ağayev, Vaqif Şərifov və başqa rejisorlarla uğurlu səhnə həyatıbəxş olunan obrazlar qaleriyasını yaratmağa müvəffəq olub. Aktrisa burejisorlarla birgə səhnə fəaliyyətini xatırlayır, ancaq yenə də ona qarşı olanhaqsızlıqlarla barışmır və deyir: "Mən heç zaman nə heç kimə qibtə etməmişəm, nədə ki, paxıllıq hissim olmayıb. Bu mənim xarakterimə xas olmayan bir xüsusiyyətdir.Sadəcə olaraq bilirdim ki, istedad və bacarığım var. Düz deyirlər ki, bəxt-talebaşqadır. Çox zaman elə bəxt-tale insana mane olur. Yaxşı yadımdadır. 1982-ciildə Orxan Kamalın "Yad qızı” faciəsi (Səhnələşdirən-Mailə Muradxanlı)hazırlanırdı və məni Nazan obrazına dublyor verdilər. O zaman Pərvanə Qurbanovateatra yenicə gəlmişdi. Tamaşanın rejisoru, xalq artisti Vaqif Şərifov dedi ki,dublyorlar günaşırı məşq edəcəklər. Mən də böyük həvəslə bu obrazahazırlaşırdım. İlk məşq günü isə bildirdilər ki, "Yad qızı” pyesində məşğulolan dublyorlar Rəhman Əlizadənin "Doğmalar” adlı iki hissəli komediyasınınhazırlanmasına cəlb olunublar. O üzdən bu obrazda iştirak etmək mənə nəsibolmadı. Ancaq bilirdim ki, yenə də mənim yaradıcılığıma müəyyən formada təziq vətəsir göstərməklə bu obrazdan uzaqlaşmağım üçün edilir. Sonra 1985-ci ildə NərimanHəsənzadənin "Atabəylər” iki hissəli mənzum dramı rejisor Hilal Həsənov tərəfindənhazırlanırdı. Bu tamaşada da İnanc Xatun obrazına məni dublyor verdilər. Mənimsənət təcrübəm vardı. Çox istəyirdim ki, bu obrazı oynayım. Ancaq buna da imkanvermədilər. 1992-ci ildən başlayaraq Gəncə Dövlət Dram Teatrında çox böyük çəkişmələr,bir-birini bada vermə, hətta şər-böhtanlar baş alıb gedirdi. Mən görürdüm ki,istedadı və bacarığı olan sənətkarlar sıxışdırılır, onlara yaradıcılıqimkanları yaradılmır, ələlxüsus aktrisalara qarşı haqsızlıqlar edilirdi. Buzaman daha çox doğma səhnəmdən küsdüm. Sonra Rafik Atakişiyev bu teatra bədii rəhbərvə direktor təyin olundu. O da elə düşünürdü ki, bu teatr ancaq 20 və ya 30 nəfərdənibarətdir. O çox kəsgin adam idi. Təəssüflə bildirirəm ki, hazırlanantamaşalarda obrazlar həmin zamanda da düzgün bölünmürdü. Necə deyərlər"yağla-şor” bir-birindən ayrılmırdı. Artıq kimlərlə səhnəyə çıxmağımdan belə xəcalətçəkirdim. Son illərdə də bu sahəyə yad olan insanlar teatra cəlb olunurdu.Teatrda nəsillər-nəsili əvəz etməlidir. Hər zaman belə olub. Belə-belə teatr sənətidavam edib. Təəssüf ki, belə olmadı. Teatr camiəsindən anlayışı belə olmayan şəxslərbu teatra rəhbərlik etdi. Küsdüm və 2010-cu ildə qəlbən bu teatrdanuzaqlaşdım.”

AktrisaFizulət Rzayeva bu illər ərzində Azərbaycanfilmin istehsalı olan filmlərdə çəkilməkhətta dublyajlarda belə iştirak etmək arzusunda olub. Bu barədə söhbət düşərkən"Film dublyajlarında iştirak etmək arzum vardı. Ancaq paytaxtdan məsafəbaxımından uzaq olduğum üçün bunlara nail ola bilmədim” deyir.

Hərzaman klassik dramaturgiyada obraz yaratmağa can atan aktrisa bu illər ərzindəsözün əsl mənasında özünün sənət məktəbini yarada bilib. Yaşayıb və yaradıb. Bugün də bu yaradıcılıq şöləsi teatrsevərləri öz ətrafına cəmləyə bilir. 125illik tarixi bir yol keçən Gəncə Dövlət Dram Teatrının yaradıcılığında FizulətRzayevanın səhnə məziyyətləri hələ çox-çox tədqiq olunaraq gənc nəsillərəçatdırılaçaq. Nəsillər-nəsili teatrının davamı olaraq.

Anar Burcəliyev

Teatrşünas.