Lerikin ağsaqqalları Ikinci Cahan müharibəsi veteranı, rayon Ağsaqqallar Şurasının üzvü, sədaqətli
dost və gözəl ailə başçısı Ataxan Höccət oğlu Ağayevi son mənzilə yola salmışlar.
Ataxan Ağayev 1924-cü ildə Rvarud kəndində doğulmuşdu. İbtidai təhsilini kəndində, orta təhsilini qonşu Çayrud kənd orta məktəbində almışdı. Pedoqoji kadrlara ehtiyacı nəzərə alıb onu müəllim təyin etmişdilər. 1943-cü ildə cəbhəyə yola salınmışdı. Müharibə başa çatdıqdan sonra doğma diyara qayıdıb pedoqoji fəaliyyətini davam etdirmişdi.
Əllinci illərdə Ataxan Ağayev partiya və sovet işinə irəli çəkilmişdi. O, Lerik Rayon Partiya Komitəsində təlimatçı vəzifəsində çalışmışdı. 1960-1964-cü illərdə Bakı Ali Partiya Məktəbində təhsil almışdı.
Ataxan Ağayev uzun illər rayon Mədəniyyət Şöbəsinə rəhbərlik etmişdi. 160 kəndi birləşdirən rayonda mədəniyyət müəssisələrinin maddi bazasını möhkəmləndirmək üçün var qüvvəsi ilə çalışmış, abidələrin təbliği, bərpası və qorunması sahəsində çox iş görmüşdü.
1964-cü ildə Ataxan Ağayev rayon partiya komitəsində məsul vəzifəyə-təşkilat şöbəsinin müdiri təsdiq olunmuşdu. Əqidəsi saf ziyalı kimi ictimaiyyətin hörmətini qazanıb, təmiz adını qorumuşdu. Bir neçə çağırış rayon sovetinə deputat seçilmişdi.
Səksəninci illərdə rayon aqrar sənaye birliyində və maliyyə idarəsində məsləhətçi vəzifəsində fəaliyyət göstərən Ataxan Ağayev bu kollektivlərdə də xeyirxah insan, el ağsaqqalı kimi tanınmışdı. 1995-ci ildə təqaüdə çıxmışdı.
El ağsaqqalı mehriban ata, qayğıkeş ailə başçısı idi. Ömür-gün yoldaşı ilə 9 övlad böyütmüşdülər. Onlar dövlətimizə və dövlətçiliyimizə sadiq vətəndaşlardır, xalqımıza şərəflə xidmət edən ziyalılardır.
Ataxan Ağayevin Vətən və xalq qarşısında xidmətləri orden və medallarla dəyərləndirilmişdir. 2014-cü ildə rayon ictimaiyyəti anadan olmasının 90 illiyini qeyd etdi, Azərbaycan Ağsaqqallar Şurasının Fəxri Fərmanı ilə təltif olundu.
Sədaqətli dost, elini-obasını sonsuz məhəbbətlə sevən Ataxan müəllimin əziz xatirəsi onu tanıyanların qəlbində yaşayacaqdır.
Allah rəhmət eləsin!