28 May 2025 19:00
408
DÜNYA

Almaniya kanslerinə Zelenskinin çıxışını tərcümə etməyiblər

Almaniya kansleri Fridrix Merz danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında Ukrayna lideri Volodimir Zelenskinin çıxışını tərcümə problemlərini əsas gətirərək yarımçıq kəsib.

Adalet.az xəbər verir ki, bu barədə Almaniya KİV-ləri məlumat yayıb. 

 Bunun fonunda Zelenski Merzdən  "Sizin üçün tərcümə etmirlər?", - deyə soruşub. 

Merz isə cavabında müasir texnologiya ilə bağlı çətinlikləri əsas gətirib.