Xankəndidə də Zəfər Muzeyi olacaq
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib:
“Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu, bizim şanlı Zəfərimizin şərəfinə ucaldılmış ikinci zəfər tağıdır. Birincisi Bakıda, ikincisi isə burada, Xankəndidədir. Bakıda Zəfər tağının yanında Zəfər Muzeyi də fəaliyyət göstərir. Hər bir şəhidimizin adı muzeydə həkk olunub. Xankəndidə də Zəfər Muzeyi olacaq. Artıq Zəfər Muzeyinin yaradılması ilə bağlı son tamamlama işləri aparılır. Onun məkanı keçmiş icra hakimiyyətinin binasıdır, hansı ki, vaxtilə Azərbaycana qarşı təcavüzün, işğalçılıq siyasətinin beşiyi idi. O, bir şeytan yuvası idi”.
Digər Xəbərlər
08 Noyabr 2026 12:41
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” - VİDEO
08 Noyabr 2026 12:32
Dövlət Əmək Müfəttişliyi Xidməti nə üçündür?..
08 Noyabr 2026 11:22
Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - FOTOLAR
08 Noyabr 2026 09:10


Bakı -°C

