"Bir nəfər belə olsun Azərbaycan Ordusundan fərarilik edən olmayıb" - İlham Əliyev
"Ermənistan tərəfi o qədər azğınlaşmışdı ki, hətta bizi daim hədələyirdi. Yeni ərazilər uğrunda yeni müharibə ilə hədələyirdi, “Qarabağ Ermənistandır və nöqtə” sözləri ilə bizim ləyaqətimizi alçaltmağa çalışırdı. Biz isə buna döyüş meydanında cavab verdik və döyüş meydanında kimin kim olduğunu hər kəs əyani şəkildə gördü".
Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib
"Bir nəfər belə olsun Azərbaycan Ordusundan qaçan, fərarilik edən olmayıb. Halbuki Ermənistan rəhbərliyinin etirafına görə, Ermənistan ordusunda 12 minə yaxın fərari olmuşdur. Bax, fərq bundan ibarətdir. Azərbaycan döyüş meydanında tam üstünlüyü təmin edərək 8 noyabr günündə - Zəfər bayramını qeyd etdiyimiz gündə Şuşanın azad edilməsi faktiki olaraq İkinci Qarabağ müharibəsinin taleyini həll etdi. Ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktına imza atdı", - deyə dövlət başçısı qeyd edib.
Digər Xəbərlər
08 Noyabr 2026 13:17
Ukrayna səfirindən Zəfər Günü TƏBRİKİ
08 Noyabr 2026 13:15
İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi
08 Noyabr 2026 13:14
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
08 Noyabr 2026 12:39
"Sığınmışdılar bəzilərinin qucağına" - Dövlət başçısı
08 Noyabr 2026 12:37
Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan!
08 Noyabr 2026 12:30
"Pəncərələri açdım ki, o şeytan ruhu oradan çəkilsin" - Prezident
08 Noyabr 2026 12:23
"Hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar" - Dövlət başçısı
08 Noyabr 2026 12:14


Bakı -°C

