Xanımından Kənan M.M-in həbsi ilə bağlı- Açıqlama
Rejissor xuliqanlıqda ittiham edilir
Binəqədi rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılan rejissor Kənan.M.M-in həyat yoldaşı müğənni Aygün Şükürova onun həbs edilməsindən xəbərsizdir.Adalet.az xəbər verir ki, lent.az-a açıqlama verən rejissorun həyat yoldaşı deyib ki, həbs xəbərinə inanmır: "Mən inanmıram ki, Kənanı tutublar. Çünki onun heç kimlə işi olmayıb. Hətta indiyə qədər kimləsə problem yaşadığının şahidi olmamışam. İnanmıram ki, o kiməsə zərər vursun. Bəlkə kiminsə onunla düşmənçiliyi var? Mən bilmirəm. Mən indi Bakıda olmadığıma görə onunla danışa bilmirəm. Həm də onun xasiyyəti bir az tünddür. Gözləyirəm ki, özü zəng vursun, məsələni aydınlaşdırım”.
Qeyd edək ki, Kənan.M.M xuliqanlıqda ittiham edilir.
Digər Xəbərlər
01 May 2024 09:43