adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Aprel 2020 17:08
86596
LAYİHƏ

Xanəgah

Azərbaycan tarixinin önəmli səhifələrinivərəqlədikcə ölkənin bütün guşələri bir-bir göz önündən gəlib keçir. Bu səhifələrbir kitab halında bütöv Azərbaycan olduğu kimi səhifələrdə Azərbaycanın kəndlərinə,şəhərlərinə çevrilir. Bax bu mənada istər ölkənin Rusiya ilə, istər İranla, istərGürcüstanla, istər Türkiyə ilə həmsərhəd bölgələrinin hər birinin həmtarixilik, həm də coğrafilik baxımından önəmi çox fərqlidi.

Yəni Quba-Qusar bölgəsindəkitarixi abidələrimizlə Lənkəran-Naxçıvan bölgəsindəki abidələrin tarixilikbaxımdan yaxınlığı təbii olsa da, amma həm coğrafiyasına, həm dəarxitekturtasına görə bunların arasında kifayət qədər fərqlər var. Bunu da həmtarixçilər, arxeoloqlar, həm də digər araşdırmaçılar öyrəniblər, yazıblar. Eləbu gün də öyrənib və yazırlar da.

Təbii ki, biz layihəmizə uyğunolaraq ölkənin müxtəlif istiqamətlərinə üz tuturuq. Bugünkümövzumuz da Naxçıvanın qədim abidələrindən olan Əlincəqala barəsindədi.Həmin qala ilə bağlı müxtəlif araşdırmalar aparılıb, elmi məqalələr yazılıb, eləcədə mətbuatda diqqət çəkən fikirlər səsləndirilib. Biz də mövzu ilə bağlı bilgilərigözdən keçirərkən diqqətimizi Əlincəqala barəsində ardıcıl elmi məqalələrləçıxış edən tarixçi-alim Fəxrəddin Səfərlinin məqalələri çəkdi. Xatırladaq ki, FəxrəddinSəfərli Naxçıvandakı abidələrimizlə bağlı çoxlu sayda maraqlı araşdırmaların müəllifidir.

Əlincəqalıa ilə bağlı FəxrəddinSəfərli bildirir ki, Əlincəqala Culfa şəhərindən 37 kilometr şimalda yerləşir. Əlincəçayınsahilində, məşhur Əlincəqalanın şərq tərəfində qərar tutan Xanəgah kəndimaddi-mədəniyyət nümunələri ilə çox zəngindir. Adını orta əsrlər zamanıNaxçıvan bölgəsində fəaliyyət göstərən və sufi məskəni kimi tanınan xanəgahdangötürərək, bu səbəbdən qaynaqlarda "Xanəgah" kimi xatırlanan bu kəndinərazisində orta əsrlər dövrünə aid bir neçə qəbiristanlıq, memarlıq abidələri,çoxlu epiqrafik sənədlər - müsəlman kitabələri vardır. Bu abidələr arasında Əlincəçayınsol sahilində, kənddən, təxminən, 1 kilometr aralı, şimal-şərq tərəfdə yerləşənXanəgah kompleksi xüsusi yer tutur.

Mühüm ticarət yollarınınkeçdiyi Culfa ərazisində, Əlincəçay sahilində inşa edilən xanəgah uzun müddət fəaliyyətgöstərmişdir.

Orta əsrlər dövründə əhalininmüxtəlif təbəqələri arasında böyük təsirə malik olan bu xanəgah Naxçıvandakıdigər xanəgahlar kimi böyük şöhrət qazanmış, Şərq ölkələrində mövcud olan irixanəgahlarla bir sırada durmuşdur. Azərbaycanda sufizm bayrağı altında xariciişğalçılara qarşı baş vermiş xalq hərəkatlarının tarixinə nəzər saldıqda aydınolur ki, bu xanəgah xarici müdaxiləçilərə, o cümlədən monqol işğalçıları vəTeymurilərə qarşı mübarizələrdə mühüm rol oynamışdır.

Hazırda yerli əhali tərəfindənhörmətlə ziyarət edilən Xanəgah kompleksi son yüzillikdə baxımsız qaldığındanbir sıra binalar məhv olmuş, bəzi tikililər yarımuçuq vəziyyətə düşmüşdür.

Aparılan bərpa işləri isəkeyfiyyətsiz yerinə yetirildiyindən xanəgah son illərdə yenidən əsaslı şəkildəbərpa edilmişdir. Kompleksdən zəmanəmizədək ancaq türbə, məscid və bəzi tikililərinqalıqları gəlib çatmışdır. Burada vaxtı ilə çoxlu kitabələr olmuş, ancaq zamankeçdikcə onların müəyyən hissəsi məhv olmuş, bu günədək bir neçəsi gəlibçatmışdır. Burada qeydə alınan ən qədim kitabə kompleksin əsasını təşkil edəntürbənin cənub tərəfdən olan giriş qapısının baş tərəflərində qoyulan kitabədir.Səkkiz sətirdə nəsx xətti ilə ərəb dilində həkk edilən kitabənin mətninin tərcüməsibelədir: "Bu müqəddəs, mübarək türbənin tikilməsinə öz xüsusi malıhesabına əmir, isfəhsalar (baş komandan), hörmətli, qüdrətli, böyük alim, adil,dinin və dövlətin xoşbəxtliyi, İslam və müsəlmanların gözəlliyi, hökmdarların vəsultanların qılıncı, hər iki müqəddəs yerin (Məkkə və Mədinə şəhərləri) şöhrəti,Həccə gedən zəvvarın və iki müqəddəs, mübarək məkanın dayağı Uluğ Qutluğ Lələ bəy- Allah onun kölgəsini əsirgəməsin - əmr etdi. Bu imarətin memarı hörmətli vəalicənab Xacə Cəmaləddindir..."

Kitabənin axırıncı sətritamamilə ovulub töküldüyü üçün, tarixlər isə, adətən, mətnin sonundayazıldığından onun tarixini dəqiq müəyyən etmək mümkün deyildir.

Bəzi tədqiqatçılar türbənimemarlıq üslubuna - konstruktiv formasına əsasən, XII-XIII əsrlərə aid edirlər.Kitabədə türbəni tikdirən şəxsin adına əlavə edilən titullar göstərir ki, o,yüksək vəzifə sahibi (baş komandan) və böyük alim olmuşdur. Lakin türbəninkimin şərəfinə inşa edildiyi kitabədə qeyd olunmamışdır. Bu cəhət elm aləminəqaranlıq olduğu kimi, onun haqqında konkret fikir yürütmək də mümkün deyildir.

Türbənin içərisində, cənubdivarında, giriş qapısının sağ və sol tərəflərində 2 ədəd mehrab vardır. Sütun,tağ, haşiyə və sair memarlıq ünsürləri ilə zəngin olan mehrabların üstü"Quran" ayələri, dini xarakterli kəlamlar və ornamentlərlə gözəl bəzədilmişdir.Türbənin içərisində bir qəbir vardır. Üstündə mənsubiyyətini bildirən kitabəolmadığı üçün qəbir haqqında sanballı elmi fikir söyləmək mümkün deyildir.

Qəbirdə kimin dəfn edilməsihaqda əlimizdə dəyərli elmi-tarixi fakt olmasa da, yerli əhali arasında beləbir fikir vardır ki, həmin qəbirdə XIV əsrdən etibarən Azərbaycanda genişyayılmış hürufilik təliminin banisi Fəzlullah Nəimi dəfn edilmişdir.

Bir sıra orta əsr müəllifləri vəmüasir tədqiqatçılar F.Nəiminin 1394-cü ildə Teymurun oğlu Miranşah tərəfindənNaxçıvanda və ya Əlincədə qətlə yetirilməsini birmənalı şəkildə təsdiq edirlər.Xanəgah yerli əhali arasında, sadəcə olaraq, "Şıx" və ya bütövlükdə,"Şeyx Xorasan" adlanır. Abidəni 1930-cu ildə tədqiq edən M.Mirheydərzadəisə onun adını "Şeyx Mələk Xorasanı" kimi qeyd edir. Bəzi tədqiqatçılarbu sözün, əslində, "Şeyx Xurasa" ("Günəşə oxşar","nurani Şeyx") olduğunu və F.Nəiminin ləqəblərindən biri olduğufikrini irəli sürürlər .

Fikrimizcə, "ŞeyxXorasan" sözünü F.Nəiminin anadan olduğu və təhsil aldığı yerin adı ilə dəizah etmək olar.

(ardı növbəti sayımızda)

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.