Xameneyi ölümündən əvvəl Nəsrullaha nə deyib?
İranın ali dini lideri Ayətullah Əli Xamneyi Livanın Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullaha İsrailin onu öldürməyi planlaşdırdığı barədə xəbərdarlıq edib.
Adalet.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən yazıb.
Məlumata görə, Xamneyi Nəsrullaha İrana getməyi tövsiyə edib. Qeyd olunur ki, sentyabrın ortalarında Livanda Hizbullah hərəkatının üzvlərinə məxsus peycerlərin partladılmasından sonra Xamneyi Həsən Nəsrullahın yanına elçi göndərib. Ayətullah İsrailin Hizbullaha sızdığını və baş katibi öldürmək üçün planlar hazırladığı barədə kəşfiyyat məlumatları olduğunu bildirib.
Mənbələr qeyd edir ki, nümayəndə sentyabrın sonlarında İsrailin hücumu zamanı Nəsrullahla birlikdə ölən Qüds Qüvvələrinin komandiri Abbas Nilforuşan olub. Agentliyin həmsöhbətlərindən biri iddia edir ki, baş katib öz təhlükəsizliyinə arxayın olub və ən yaxın adamlarına tam etibar edib.
Qeyd edək ki, sentyabrın 28-də İsrail Müdafiə Qüvvələri Hizbullahın baş katibi Həsən Nəsrullahı öldürüb.
Digər Xəbərlər
16 Sentyabr 2026 16:14
"İranla müharibə ABŞ-yə baha başa gəlir"
16 Sentyabr 2026 16:10
Kosovonun eks-liderinə 25 il həbs cəzası verildi
16 Sentyabr 2026 15:22
Amerikalılar İranla münaqişə fonunda 107 milyard dollar yanacaq alıblar
16 Sentyabr 2026 14:47


Bakı -°C

