Xalq yazıçısı: "Böyük Qayıdış qürur doğurur" - VİDEO
“İşğaldan azad olunmuş ərazilərə doğma sakinlərin dönüşü hər bir vətənpərvər azərbaycanlıda xüsusi qürur və iftixar hissi yaradır”.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev Böyük Qayıdışın əhəmiyyəti barədə fikirlərini bölüşərkən belə deyib.
Onun sözlərinə görə, məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz şəraitdə mərhələli qayıdışı Azərbaycanın tarixi ədaləti bərpa etməsinin ən böyük göstəricilərindəndir.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır. Xalq yazıçısı Çingiz Abdullayevlə müsahibədən hazırlanmış videoçarxı təqdim edirik.
Digər Xəbərlər
17 Noyabr 2026 13:16
Ayın 18-də bu ərazilərə qar yağacaq - Proqnoz verildi
17 Noyabr 2026 11:17
“Hazırda işğaldan azad olunan ərazilərimizdə 100 minə yaxın vətəndaşımız yaşayır”
17 Noyabr 2026 10:29
Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
17 Noyabr 2026 08:02


Bakı -°C

