Xalq yazıçısı Anarın “Göz muncuğu” təqdim olundu

AzərbaycanYazıçılar Birliyində (AYB) xalq yazıçısı Anarın "Göz muncuğu” kitabının təqdimatıvə imza günü keçirildi. Adalet.az xəbər verir ki, tədbirdə AYB-nin katibi, xalqşairi Fikrət Qoca, xalq yazıçısı Mövlud Süleymanlı, yazıçılar Əli Əmirli, İlqarFəhmi, millət vəkili Hüseynbala Mirələmov, eləcə də gənc yazarlar və Anar yaradıcılığını sevən tələbələr iştirak edirdilər.
Tədbirdəçıxış edən AYB-nin katibi, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirdi ki, Yazıçılar Birliyində imza günlərinin keçirilməsi artıq ənənə halını alıb:"Əvvəllər "Bayatı” kitab mağazasından başlayan imza mərasimi günləri artıqYazıçılar Birliyinin Natəvan klubunda davam etməyə başladı. Amma onu da deyimki, klub bu günə qədər belə izdihamlı imza mərasimi görməmişdi. Əlbəttə ki, Anar Azərbaycanxalqının sevilən yazıçısıdır, amma bu qədər oxucu marağını, düşünürəm ki, heçAnarın özü də gözləmirdi. Ümumiyyətlə, Azərbaycanda imza günlərinin ilk təşəbbüskarıAnardır. İmza günü müəlliflə oxucu arasında təmas deməkdir”.
R. MəcidAnarın yeni povesti haqqında oxuculara məlumat verərkən qeyd etdi ki, povestilk dəfə "Azərbaycan” jurnalında çap olunub: "Anar müəllimin qələmə aldığı "Gözmuncuğu” povesti ağır əsər olmasına baxmayaraq su kimi oxunur. Povestdə oxucunudüşündürən çoxlu suallar var”.
"AYBkitab"seriyasının və Yazıçılar Birliyinin mətbuatxidmətinin rəhbəri Xəyal Rza çıxışında layihə haqqında tədbir iştirakçılarına məlumat verdi və əlavə etdi ki,layihə çərçivəsində ilkin olaraq 20 kitabın çapı planlaşdırılır. Anarın "Gözmuncuğu” kitabı layihənin 4-cü kitabıdır. Dərc olunan bütün kitabların da imzamərasimləri və eyni zamanda təqdimat mərasimləri keçirilir. Bu layihəni həyatakeçirməkdə məqsəd kitabı təbliğ etmək, kitaba oxucu marağını artırmaqdır.
"Gözmuncuğu”nun ön sözünün müəllifi və redaktoru olan gənc yazıçı Pərvin Nurəliyevatələbələrin Anarın yaradıcılığına olan marağından, yazıçının gənclərə göstərdiyiqayğıdan danışdı: "Göz muncuğu” povestinin əlyazmasını oxuduqca Anar qələmini,üslubunu hər an, hər cümlədə hiss edirdim. Əsər həm yenidir, müasirdir, amma həmdə Anar yaradıcılığının davamıdır, ona məxsusdur. Yazıçı bu əsərində də öz qələminəsadiqdir. Bu gün də tələbələr öz sevimliyazıçılarını görmək üçün bura toplaşıblar. Hər dəfə universitetdə tələbələrləqarşılaşanda yazıçı Anarla bağlı onların çoxsaylı suallarına cavab verməlioluram. Bu, gənc nəslin Anara olan sevgisidir. Bu üzdən mən yeni nəsli dahaşanslı hesab edirəm. Çünki biz Anarı görmək üçün saatlarla pilləkənlərdə gözləyirdik”.
Tədbirdəçıxış edən digər ədiblər Anarın yaradıcılığı, yeni povesti haqqında fikirlərinibölüşdülər, müəllifi yeni kitabı münasibətilə təbrik etdilər.
Mərasimdəiştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin çoxsaylı tələbələri "Göz muncuğu” kitabınımaraqla oxuduqlarını bildirdilər. Tələbələrin suallarını həvəslə cavablandıranxalq yazıçısı Anar oxucularla görüşdən çox məmnun qaldığını vurğuladı və kitablarını imzalayaraq oxuculara təqdim etdi. Sonda kitabın çapına və təqdimat mərasiminə görə təşkilatçılaraminnətdarlığını bildirdi.