Tramp İlham Əliyevin Xankəndidəki çıxışını paylaşdı - VİDEO

ABŞ prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə keçirilən “Qlobal Şuşa Media Forumu – 2025”dəki çıxışını özünün rəsmi Truth Social hesabında paylaşaraq diqqət çəkib.
Adalet.az xəbər verir ki, paylaşım 22 iyul 2025-ci il, Bakı vaxtı ilə saat 01:30-da edilib. Tramp paylaşımında Azərbaycan liderinin çıxışından 1 dəqiqə 17 saniyəlik videonu təqdim edib. Video Azərbaycanın dövlət başçısının Tramp haqqında yüksək fikirlər bildirdiyi hissəni əhatə edir.
Prezident İlham Əliyev çıxışında Tramp barədə bunları demişdi: "Kiçik bir dəqiqləşdirmə etmək istərdim, mən ABŞ Prezidenti Donald Trampın qələbəsini proqnozlaşdırmırdım, dedim ki, bu, Azərbaycan xalqı üçün daha məqbul olardı. Çünki Azərbaycan xalqı kimi o da fundamental prinsiplərə, ailə prinsiplərinə, dəyərlərinə sadiqdir".
Dövlət başçısı qeyd edib ki, Tramp müharibə başlatmayan yeganə ABŞ prezidentidir:
"Onun hakimiyyətdə olduğu qısa müddətdə görünür ki, bu insan müharibələri bitirir".
İlham Əliyev vurğulayıb ki, Azərbaycan ABŞ-yə Cənubi Qafqazdakı proseslərə diqqət yetirdiyi üçün minnətdardır: "Biz ona şəxsən Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək istəyinə görə çox minnətdarıq, baxmayaraq ki, o, beynəlxalq təhlükəsizliyin daha qlobal məsələləri ilə məşğuldur. Cənubi Qafqazdakı vəziyyəti də diqqət mərkəzində saxlayır. Biz Azərbaycanda, əlbəttə ki, onun bir çox səbəblərdən qalib gəlməsinə şadıq və təbii ki, ona işini sona çatdırmağını arzulayırıq".
Donald Tramp isə bu çıxışı paylaşaraq, Əliyevin onun barəsindəki fikirlərini diqqət mərkəzinə çıxarıb. Onun bu paylaşımı qısa müddətdə 554-dən çox “ReTruth” və 1.6 min “Like” toplayıb.
Bu, Trampın Cənubi Qafqaz liderlərindən birinə münasibətdə ictimai şəkildə verdiyi ilk açıq dəstək jestlərindən biri kimi qiymətləndirilir.
Digər Xəbərlər

Kamran Əliyev Ankarada görüşlər keçirib

“Milli maraqlar hər zaman Azərbaycan mətbuatı üçün prioritet olub”

Nazir: Ermənistan konstitusiyasından ərazi iddiaları çıxarılmalıdır

Prezidentdən 2,1 milyon manatlıq SƏRƏNCAM

İlham Əliyev Trampa təşəkkür etdi

Ceyhun Bayramovla gürcüstanlı həmkarı arasında təkbətək görüş başlayıb - YENİLƏNİB

Bizim mediamız beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb - İlham Əliyev
