adalet.az header logo
  • Bakı -°C
28 Oktyabr 2026 12:41
69
ŞOU-BİZNES
A- A+

Əməkdar artistin qızı: “Anamın müalicəsi üçün yüksək məbləğ lazımdır”

Bizə xalqın və anamın sənət dostlarının  mənəvi dəstəyi gərəkdir. Biz  Cənab Prezidentdən kömək istəyirik. Ölkə başçımızdan dəstək gözləyirik. Möhtərəm prezident bütün sənət adamlarına həmişə diqqət- qayğı göstərib. Ümid edirəm  ki, bizim səsimiz ölkə başçımıza çatacaq. İnanıram ki, arzumuz reallaşacaq . 

Bu sözləri Adalet.az-a açıqlamasında  əməkdar artist  Firuzə İbadovanın qızı Hülya deyib:

“Anam hazırda yenə müalicə alır. Ümid edirik ki, yenidən əməliyyat olunmaycaq. Bu bizim arzumuzdur. Firuzə İbadova  50 ildir bu sənət üçün xidmət edib. İndi səhhətində yaranmış problem  üçün dövlətinə çağırış edir. Özünü incəsənətə fəda edən bir adam dövlətdən dəstək istəyir. Bizim başqa çarəmiz yoxdur. Anamın sənət dostları da onu ziyarət edəndə maddi  dəstək olurlar. Biz onlardan maddi dəstək gözləmirik, mənəvi olaraq yanımızda olmaları bizim üçün hər şey deməkdir. Anamın müalicəsi üçün yüksək məbləğ  lazımdır.  Bu da bizim imkanlarımız daxilində deyil”.

Əntiqə