adalet.az header logo
  • Bakı -°C
22 Yanvar 2026 10:59
74
ŞOU-BİZNES
A- A+

Xalq artisti: “Heç kəsin haqqı yoxdur ki,  o mahnını bərbad halda ifa etsin”

“Bu  mahnı bir əsərdir. Nəinki Qumralın, heç kəsin haqqı yoxdur o mahnını bərbad halda ifa etsin. Axı mahnını sözlərini düz ifa etmir. “Çütləşmək” nədir? Mahnının sözlərində siz elə sözə rast gəlmisiniz? Ayıbdır, olmaz axı belə etmək”.

Bu sözləri Adalet.az-a açıqlamasında xalq artisti Niyaməddin Musayev deyib.

O, Qumral Musayevanı “Dünya sənin, dünya mənim, dünya heç kimin” mahnısını səhv ifa etməsinə görə qınayıb:

“Mən illərin sənətkarıyam. Xalqın mənə sevgisini illərdir görürəm. Bu mahnını belə ifa etmək mənə hörmətsizlikdir. Bu qəbul edə bilmirəm.  Bir neçə gənclərimiz var ki, həmin mahnını çox gözəl ifa ediblər. Amma o xanım heç də yaxşı ifa etməyib. Bəyənmədim. Sözlərini səhv oxuması isə biyabrçılıqdır. Ayıbdır. Ona kimsə bir söz demirsə, o demək deyil ki, mən də buna göz yumacam. Yox, olmaz belə. Bu mahnı səhv oxunacaq, pis hala salınacaq bir  mahnı deyil”.


Əntiqə Kərimzadə