Tehranın nüvə silahlarından imtina etdiyini təsdiqlədi
"İran özünün nüvə silahına sahib olmağa çalışmayacaq".
Adalet.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali "RİA Novosti" agentliyinə müsahibəsində deyib.
Diplomat xatırladıb ki, İran nümayəndələri dəfələrlə bildiriblər ki, təhlükəsizlik doktrinasına və ölkənin ali lideri Əli Xameneinin fətvasına əsaslanaraq Tehran heç vaxt nüvə silahına sahib olmağa çalışmayacaq.
Cəlali əlavə edib ki, İslam Respublikası Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NSYM) sadiq üzvüdür. Səfirin sözlərinə görə, İranın dinc nüvə proqramı var və ölkə başqalarını buna əmin etməkdə heç bir problem görmür.
Digər Xəbərlər
26 Mart 2026 12:56
Türkiyənin “Salomon Cappadocia Ultra-Trail” marafonu mükafata layiq görülüb -FOTOLAR
26 Mart 2026 11:13
Türkiyənin neft tankeri dronla vurulub
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10


Bakı -°C

