Xidmət rəisi Mürsəl İbrahimov “neqodnı” olan vətəndaşlara çağırış etdi
"İlk olaraq müəyyənləşdirmək lazımdır ki, hərbi xidmətdən yayınan şəxslər kimlərdir və nədən yayınırlar? Burada çağırışçılar çağırış prosesindən və ya hərbi vəzifəlilər təkrar tibbi şəhadətləndirmədən, eləcə də təlim toplanışlardan yayınırlar".
Adalet.az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov APA və REAL TV-yə müsahibəsində deyib.
"Yəni konkret olaraq, kateqoriyalar var. El arasında "neqodnı" sözündən çox istifadə edirlər. Burada 3 ildən bir komissiyadan keçməli olan şəxslərdən söhbət gedir. Yayınan şəxslərlə bağlı normalar qanunvericilikdə də əks olunub. Burada maarifləndirmə məsələləri çox böyük əhəmiyyət kəsb edir.
İlk olaraq onların tapılmasında ərazi polis orqanlarına müraciət olunur və birgə axtarış tədbirləri aparılır, inzibati məsuliyyətə cəlb olunurlar. Yeri gəlmişkən, Sizin vasitənizlə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və əməkdaşlarına bizə yaxından dəstək göstərdiklərinə görə təşəkkürümü bildirmək istərdim. Yayınma halları davam etdirdikdə sərhədkeçməyə məhdudiyyət tətbiq olunur, tapılmadıqda isə materiallar prokurorluq orqanlarına göndərilir.
Artıq Cinayət Məcəlləsində də bununla bağlı dəyişiklik edilib və 321-ci maddənin qeyd hissəsində bu təsbit olunur. Xidmət yayınma hallarının kriminallaşdırılmasında maraqlı deyil. Bir daha da vətəndaşlarımızı yayınma hallarına yol verməməyə çağırıram. Mənim çağırışım əsasən valideynlərə olacaq. Oğlanların gələcək həyatında müddətli həqiqi hərbi xidmət keçməsi çox vacibdir. Həm "kişilik məktəbi"dir, həm də onlar gələcək həyatlarında hər hansı bir qurumda işləməsi üçün müddətli həqiqi xidmət keçməsi mühüm şərt hesab olunur", - o, qeyd edib.
Xidmət rəisi hərbi xidmətdən yayınan şəxslərlə bağlı suala cavabında bildirib ki, bu prosesi Xidmət daxilində tənzimləməyə çalışırlar: "Faktlar var, bununla bağlı mediada da məlumatlara rast gəlirik, amma bu, kütləvi deyil. Bəzi hallarda prokurorluq orqanları cinayət işlərinə başlanmasını həyata keçirirlər. Bu gün məhkəmə qərarları da mövcuddur. Amma bir daha deyirəm ki, biz həmin faktların kriminallaşdırılmasında maraqlı deyilik.
Biz vətəndaşları nizam-intizama çağırırıq. Bu yerdə "neqodnı" olan vətəndaşlara çağırış edirəm: Öz hərbi biletlərini açsınlar, orada onların komissiyadan keçməsi ilə bağlı konkret tarixlər mövcuddur. Onlar bu hərbi biletə imza çəkiblər. Xahiş edirik, vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək. Bu, həm də Xidmətin işini asanlaşdırar".
Digər Xəbərlər
26 Iyun 2026 22:15
Mürsəl İbrahimov: “Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir…” - VİDEO
26 Iyun 2026 21:30
Əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı rəsmi açıqlama
26 Iyun 2026 15:10
Bakıya güclü leysan yağacaq - Xəbərdarlıq
26 Iyun 2026 12:20
Bakıda hərbçilərin yürüşü keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
26 Iyun 2026 11:13
Zakir Həsənov Azərbaycan Ordusunu təbrik etdi
26 Iyun 2026 10:54
“Hərə öz məzhəbinin baxışını İslam adı ilə sırıyıb xalqı çaşbaş salır...”
26 Iyun 2026 10:27
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi - FOTOLAR
26 Iyun 2026 00:33


Bakı -°C

