"Vüqar Həşimov Memorialı - 2023” superturnirinə start verildi
Qəbələdə şahmat üzrə "Vüqar Həşimov Memorialı - 2023” superturnirinə start verilib.
Adalet.az xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzində keçirilən yarışda rapid üzrə ilk 3 turun partiyaları oynanılıb.
İlk turda Rauf Məmmədov Aydın Süleymanlıya qalib gəlib. Digər görüşlər heç-heçə başa çatıb. Boris Gelfand Arjun Eriqaisilə, Şəhriyar Məmmədyarov Riçard Rapportla, Nicat Abasov Yorden Van Forestlə, Vidit Santoş isə Teymur Rəcəbovla heç-heçəyə razılaşıb.
İkinci turda Nicat Abasov rumın Riçard Rapporta, Şəhriyar Məmmədyarov isə Boris Gelfanda qalib gəlib. Arjun Eriqaisi-Rauf Məmmədov, Teymur Rəcəbov-Aydın Süleymanlı, Yorden Van Forest-Vidit Santoş görüşləri heç-heçə ilə başa çatıb.
Üçüncü turda Rauf Məmmədovla Teymur Rəcəbov heç-heçə oynayıb. Nicat Abasov Boris Gelfanda, Vidit Santoş Riçard Rapporta, Aydın Süleymanlı Yorden Van Forestə qalib gəlib. Şəhriyar Məmmədyarov Arjun Eriqaisəyə uduzub.
Beləliklə, 3 turdan sonra 5 xalı olan Nicat Abasov yarış cədvəlində liderliyə yüksəlib
Digər Xəbərlər
24 Sentyabr 2026 13:56
Rassel ilk sərbəst yürüşün qalibi oldu
24 Sentyabr 2026 12:35
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
24 Sentyabr 2026 10:26
Formula 1 “Sea Breeze”də keçiriləcək?
24 Sentyabr 2026 10:05
Formula 2 yarışı üzrə sərbəst yürüşə start verildi
24 Sentyabr 2026 09:15
Formula 1 onuncu dəfə Bakıda: Azərbaycan Qran-Prisi başlayır
23 Sentyabr 2026 23:45
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəldi
23 Sentyabr 2026 22:21
"Millidən elə bu gün getməyə hazıram" - Ronaldo
23 Sentyabr 2026 19:41


Bakı -°C

