Vətəndaşlara 130 milyon manatdan çox ƏDV geri qaytarıldı
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 130 milyon 573,9 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
Adalet.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Bundan başqa, məlumata görə, “ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi də davam edir. 9 ay ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan məbləği 16 milyon 462,6 min manatdan çox olub.
Digər Xəbərlər
25 Dekabr 2025 19:38
Unun topdan satış qiyməti açıqlandı
25 Dekabr 2025 12:00
Azərbaycanda bankların xalis mənfəəti 1 milyard manatı ötüb
25 Dekabr 2025 10:50
Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır
24 Dekabr 2025 11:36
ƏDV qeydiyyat limitinin artırılması qiymətlərə necə təsir edəcək?
24 Dekabr 2025 11:05
"İlham Əliyevin 22 illik prezidentlik dövründə iqtisadiyyatımız 4 dəfə böyüyüb"
23 Dekabr 2025 17:55
Bu obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək
23 Dekabr 2025 10:39
200 manatlıq sosial yardım kimlərə və necə ödəniləcək?
22 Dekabr 2025 17:46


Bakı -°C

