Vətən müharibəsindən sonra 439 müharibə əlili yüksək texnologiyalı protezlə təmin edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin 8 ayında əlilliyi olan şəxslərə ötən ilin müvafiq dövrünə nisbətən 28 faiz çox olmaqla 54,8 min reabilitasiya vasitəsi verilib.
Nazirlikdən Adalet.az-a verilən xəbərə görə, onlardan 2231-i təkərli oturacaq, 291-i mühərrikli təkərli oturacaq, 1988-i aşağı və yuxarı ətraf, habelə döş protezi, 1232-i eşitmə aparatı olub. Həmçinin əlilliyi olan şəxslərə 2183 cüt protez ayaqqabı, 4496 cüt ortopedik ayaqqabı, 50 səsli tonometr, 48 səsli tibbi termometr, 117 korset, 1795 qoltuqaltı və dirsəkaltı ağac,19 hərəkətli qaldırıcı qurğu və s. reabilitasiya vasitələri təqdim edilib.
Yanvar-avqust aylarında 7,5 min şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı işləri bu il də davam edib.
Ümumilikdə 44 günlük Vətən müharibəsindən sonra sosial dəstək proqramı çərçivəsində müharibə ilə əlaqədar əlilliyi olan 439 şəxs 458 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib, müharibə ilə əlaqədar əlilliyi olan 1 990 şəxsə 43,1 min reabilitasiya vasitəsi verilib.
Digər Xəbərlər
07 Yanvar 2026 15:18
AQTA-dan “Nestle” ilə bağlı VACİB AÇIQLAMA
07 Yanvar 2026 10:28
Məşhur uşaq qidaları geri çağırıldı - Tərkibində zəhər var
07 Yanvar 2026 10:23
Mövsümi kəskin respirator viruslar artıb - Nazirlikdən əhaliyə ÇAĞIRIŞ
06 Yanvar 2026 13:03
Azərbaycanda 74 stomatoloqun qanunsuz fəaliyyəti aşkarlanıb
05 Yanvar 2026 19:00
Leyla Əliyeva Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzində - FOTOLAR
05 Yanvar 2026 10:07
Bayram günlərində zəhərlənmələrlə bağlı 13 müraciət daxil olub
05 Yanvar 2026 08:43
Şorbanıza əlavə edəcəyiniz "bir nömrəli" toz: İltihabın kökünü kəsir
02 Yanvar 2026 08:42


Bakı -°C

