adalet.az header logo
  • Bakı -°C
19 Oktyabr 2026 12:19
70
ANALİZ
A- A+

HƏRB VƏ SİYASƏTİN BÖYÜK ZƏFƏRİ

İLHAM ƏLİYEVİN MÜZƏFFƏR STRATEGİYASI VƏ YENİ DÜNYA REALLIĞI

Azərbaycanın 2020-ci ildə qazandığı İkinci Qarabağ Müharibəsi zəfəri, təkcə torpaqlarımızın 30 illik işğaldan azad edilməsi deyil, həm də dünya hərb və diplomatiya tarixinə qızıl hərflərlə yazılmış yeni bir epoxanın başlanğıcıdır. Bu tarixi qələbənin memarı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü dəmir iradəyə söykənən hərbi strategiya və dahi diplomatik gedişlərdir.

Bu zəfər, hərb meydanı ilə beynəlxalq siyasət masasının mükəmməl sintezini — Azərbaycanın hərb və diplomatiya məktəbini bütün dünyaya nümayiş etdirdi.Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində dünya hərb elmini yenidən yazdı.Pilotsuz uçuş aparatlarının və intellektual silah sistemlərinin döyüş meydanında effektiv tətbiqi, düşmənin milyardlarla dollar dəyərindəki hərbi infrastrukturunu tamamilə iflic etdi. Bu gün ABŞ, Böyük Britaniya və Almaniya kimi nəhəng dövlətlərin hərbi akademiyaları Azərbaycanın döyüş taktikalarını dərslik kimi öyrənir. Relyef baxımından sıldırım qayalıqlarla əhatə olunmuş Şuşa şəhərinin yüngül silahlarla, əlbəyaxa döyüş və xüsusi taktikalarla azad edilməsi dünya hərb tarixinə bənzərsiz bir qəhrəmanlıq dastanı kimi daxil oldu.Müharibə təkcə səngərdə deyil, həm də beynəlxalq media və informasiya məkanında gedirdi.

Ermənistanın və onun xaricdəki güclü diasporunun qurduğu çoxşaxəli yalan maşını qarşısında şəxsən Prezident İlham Əliyev təkbaşına dayandı.Dövlət başçısı müharibə dövründə dünyanın ən aparıcı media quruluşlarına (BBC, CNN, France 24, Sky News, RBK və s.) 30-dan çox müsahibə verdi. Təzyiq xarakterli, qərəzli və təxribatçı suallara öz fitri diplomatik zəkası, tarixi faktlar və beynəlxalq hüquq normaları ilə cavab verən İlham Əliyev, Azərbaycanın haqlı davasını dünyaya qəbul etdirdi. O, sübut etdi ki, Azərbaycan kiminsə torpağına göz dikməyib, sadəcə BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrini öz gücü ilə icra edir.Bu zəfər həm də regional və qlobal miqyasda türk diplomatiyasının intibahı oldu. Prezident İlham Əliyevin qardaş Türkiyə ilə qurduğu sarsılmaz strateji müttəfiqlik, müharibə dövründə xarici güclərin Azərbaycana müdaxilə cəhdlərinin qarşısında ən böyük sipərə çevrildi.

Qələbədən sonra imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini rəsmən müttəfiqlik zirvəsinə ucaltdı.Qarabağ zəfəri Türk dünyasının coğrafi və siyasi birliyini təmin edən qığılcım oldu. Bu gün Azərbaycanın təşəbbüsü ilə canlanan Orta Dəhliz və Zəngəzur dəhlizi layihələri təkcə iqtisadi deyil, həm də türk xalqlarını bir-birinə bağlayan nəhəng geosiyasi geostrateji xətlərdir.Müharibədən sonrakı dövr cənab İlham Əliyevin diplomatik uzaqgörənliyini bir daha sübut etdi. Regionda status-kvonun dəyişdiyini bəyan edən Azərbaycan lideri, xarici vasitəçilərin qərəzli cəhdlərinə baxmayaraq, beynəlxalq müstəvidə yeni reallıqları diktə etməyə başladı.Antiterror tədbirləri ilə suverenliyin ölkə daxilində tam bərpası, sülh müqaviləsi şərtlərinin məhz Bakının irəli sürdüyü 5 əsas prinsip üzərində qurulması İlham Əliyev diplomatiyasının mütləq qələbəsidir.İkinci Qarabağ Müharibəsi göstərdi ki, güclü ordu yalnız güclü, cəsarətli və müdrik liderlə birgə tarixi dəyişməyə qadirdir.

Prezident İlham Əliyevin həm hərb meydanında "Dəmir Yumruq"la qazandığı qələbə, həm də qlobal miqyasda yürütdüyü böyük diplomatiya Azərbaycanı regional gücdən qlobal proseslərə təsir edən strateji dövlətə çevirdi. Bu zəfər, Azərbaycan xalqının ləyaqətinin, milli qürurunun rəmzi və gələcək nəsillər üçün ən böyük dövlətçilik mirasıdır.

Allahverən Məmmədov,

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının həkimi