adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Dekabr 2018 16:24
4215
HADİSƏ

“VAZ-2106” traktorla toqquşub, ölən var

Dekabrın 16-da saat 18 radələrində Ağcabədi rayonunun Boyat kəndi ərazisində Qaraxanlı kənd sakini Tahir Əliyev idarə etdiyi "VAZ-2106” markalı avtomobili qarşıda gedən Hacılar kənd sakini Rahim Rüstəmovun idarə etdiyi "T-28” markalı traktora vurub, sonradan idarəetməni itirdiyindən qarşıdan gələn Hindarx qəsəbə sakini Etibar Heydərovun idarə etdiyi "VAZ-2107” markalı avtomobilə çırpılıb.

Adalet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, nəticədə T.Əliyev və sərnişini - həmkəndlisi Namiq Fərzəliyev xəstəxanaya yerləşdirilib, N.Fərzəliyev orada ölüb. Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.