18 Avqust 2025 13:03
84
MARAQLI

VAY-VAY, GÜNƏŞ DEŞİLİB

Səhər-səhər televizyonda çox dəhşətli bir xəbər yayınladılar: Günəşdə «tac dəliyi» yaranıb. Dəlik o qədər böyükdür ki, bu üzündən baxanda o biri tərəfi görünür. Ona görə də «skvoznyak» yaranıb. Və bu «skvoznyak»dan əsən küləyin sürəti saniyədə 800 min kilometrdir. 

Yadıma köhnə bir anekdot düşdü. İclas gedir, alim deyir ki, 500 milyon ildən sonra Günəş sönəcək.

Bir nəfər hövlnak yerindən qalxıb  soruşur:

- Neçə ildən sonra?

- Beş yüz milyon  ildən sonra. Nə oldu, qorxdun?

- Hə,  elə bildim  beş milyon il dedin.