Vaşinqton meri 28 mayı Azərbaycan Milli Günü elan etdi
Vaşinqton şəhərinin meri Müryel Bouzer (Muriel Bowser) 2015-ci ilin 28 may tarixinin ABŞ paytaxtında rəsmi olaraq Azərbaycan Milli Günü elan edilməsi barədə Bəyanat imzalayıb.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, sənəddə 28 may 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ilk dünyəvi müsəlman Demokratik Respublikası olduğu, bütün vətəndaşlarına bərabər hüquqlar, o cümlədən qadınlara seçkilərdə iştirak etmək hüququnu vermiş ilk müsəlman ölkəsi olduğu qeyd edilir. Azərbaycanın ABŞ-ın önəmli strateji tərəfdaşı olduğu vurğulanır. Bildirilir ki, sayı 40 milyondan artıq olan dünya Azərbaycanlıları 97 ildir ki 28 may tarixini Milli Gün kimi qeyd edir.
ABŞ paytaxtında 28 may tarixinin Azərbaycan Milli Günü elan edilməsi artıq bir ənənəyə çevrilib. Hazırda ABŞ-ın digər ştatlarında və ayrı-ayrı şəhərlərində də 28 mayın Azərbaycan Milli Günü elan edilir.
Qeyd edək ki, keçən ilin sonu Vaşinqtonun meri seçilmiş M.Bouzer şəhər tarixinə bu vəzifəyə seçilmiş ikinci qadın kimi düşüb.
Digər Xəbərlər
02 May 2024 15:58
Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09Polislər deputatı doğulduğu kəndə buraxmadı: Video
02 May 2024 11:35