adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Avqust 2020 11:13
134677
MARAQLI

Vanqanın gerçəkləşən praqnozu: Batan “Kursk” atom sualtı gəmisinin 20 illik sirri

1981-ci ildə bolqar əsilli görücüVanqanın ağzından çıxan proqnozların hamısı qeydə alınırdı. Qeydlər haqqında odövrün mətbuatında bəzi yazarlar, eləcə də ictimai xadimlər ironiya saçananalizlər verirdilər. Bu ironik yanaşma, Vanqanı gülüş hədəfi etmək idi.

Məsələn: "İkidəmir quş qüllələrə çırpılacaq, göy üzü işıqlanacaq” (11 sentyabr hücumu)"Kursk su altında qalacaq, bütün dünya arxasınca ağlayacaq” (2000-ci ildə 118rus əsgərinə məzar olan sualtı qayıqda baş verən müdhiş hadisələr) "Vladimirin(Putin) zəfəri dünyada hər şeyə təsir edəcək” "İqlimlər dəyişəcək ” (qlobalistiləşmə) "Amerikanın 44-cü dövlət başçısı qara olacaq. Onun gəlməsindən sonraölkə böyük bir maliyyə böhranına başlayacaq, dünyaya barış deyil, fəlakət gətirəcək”

Zaman keçdi.Görücü Vanqanın illər əvvəl dediyi bütün öncəgörmələr gerçəkləşdikcə dünya əhalisiqoxmağa, həyəcanlanmağa başladı.

Rusiyanınməşhur "Kursk" gəmisinin batmasından 20 il keçir

2000-ci il avqustun 11-də RusiyaDəniz Qüvvələrinin Şimal donanması geniş təlimlərə başlamışdı. Bu təlimlərdə aktiviştirak edən gəmilərdən biri "Kursk” atom sualtı gəmisi idi. O, 118 nəfər şəxsiheyəti ilə təlimlərə qatılmışdı.

Avqustun11-də Severomork limanından çıxan "Kursk” bir daha sahildə lövbər salmayacaqdı. Avqustun12-də təlim zamanı şərti hədəfə atəş açan zaman gəminin göyərtəsində partlayışbaş verir. Rəsmi versiyaya görə, "Kit” gəmi əleyhinə torpeda təhlükəsizlikqaydalarının pozulması nəticəsində gəminin daxilində partlayır. Bundan sonrabaşlanan yanğın 2 dəqiqə ərzində daha bir torpedanın (öz-özünə hərəkət edənsualtı mina) silkələnməsinə və gəminin bir neçə daxili hissəsinin dağılmasına səbəbolur. Bundan sonra yavaş-yavaş gəmi suyun dibinə enir. Gəmi heyətinin əsas hissəsipartlayış baş verdikdən 7-8 saat sonra, dəm qazından zəhərlənərək dünyasını dəyişir.


2000-ciil avqusutun 28-də Vladimir Putinin göstərişi ilə batmış gəminin çıxarılması iləbağlı xüsusi əməliyyat başlanılır. Bir neçə il ərzində Barens dənizində bir neçəmin metr dərinlikdə olan "Kursk”un heç bir deformasiyaya uğramadan quruyaçıxardılması layihələri müzakirə olunur. 2001-ci ilin avqustundan Hollandiya vəRusiya dəniz şirkətləri müştərək plan əsasında bu əməliyyata başlayırlar. 2009-cuilin martına qədər davam edən əməliyyat zamanı "Kursk” gəmisinin 2 nüvəreaktoru, yanacaq ehtiyatları və bir neçə bloku quruya çıxarılır. Həlak olan118 heyət üzvünün 115-nin cəsədi də aşkar olunaraq ailələrinə təhvil verilir.Ümumilikdə, layihəyə 130 milyon dollar vəsait xərclənir.

2000-ciil avqustun 26-da, faciədən 2 həftə sonra ABŞ-da populyar olan "Larri KingLive” tok-şousuna qonaq olan Vladimir Putinin jurnalistin "Kursk”la bağlı nəbaş verdi” sualına təbəssümlə "O batdı” cavabı verməsi narazılıqlaqarşılanmışdı. Amerika tamaşaçısı 118 nəfərin həlak olduğu faciə barəsindəprezidentin belə rahat danışmasını qəbul edə bilmirdi.

Ümumiyyətlə,hadisənin əsl səbəbləri ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Bəziləribunun ABŞ dəniz qüvvələrinin gəmiləri tərəfindən törədilən faciə olduğunu, bəziləriisə rus komandanlığının planlı səhvi hesab edirlər. Nəticəsindən asılı olmayaq,"Kursk” atom sualtı gəmisinin batması Rusiya Hərbi Dəniz Qüvvələrində ciddikadr dəyişikliklərinə yol açdı. Üzərindən 20 il keçməsinəbaxmayaraq, gəminin qəzaya uğraması ilə bağlı toplanan bütün istintaq sübutlarıcəmiyyətə açıqlanmayıb.

Batmışatom sualtı qayıqlarıhaqqında

Müxtəlifsəbəblərdən batmışatom su altı gəmiləri özləri ilə yüzlərlə insanların həyatınason qoyub.1955 – 2017 -ci illər ərzində ümumilikdə 8 atom sualtı gəmisibatmışdır ki, onlardan da 4-ü sovet, 2-si rus, 2-si amerikan atom sualtı gəmiləridir.Bütün gəmilər müxtəlif qəzalar səbəbindən batmışlar: 3 gəmi texniki nasazlıq səbəbindən,2 gəmi yanğın səbəbindən, 2 gəmi silahların partlaması səbəbindən, 1 gəminin isəbatma səbəbi məlum deyil. Nüvə reaktorunda baş vermiş nasazlıq səbəbindənyalnız K-27 gəmisindətexniki problem baş vermişdir, baxmayaraq ki, gəmi zədə almamışdı, təhlükəsizlikbaxımından gəminin özü batırılmışdır. K-141 "Kursk" gəmisi 2001-ciildə quruya çıxarılmış, digər 7 batmış gəmi isə hələ də dənizin dibindədir.Siyahıya batmış və göyərtəsində nüvə silahı olan K-27 gəmisidaxil deyil.

Əntiqə Rəşid