ÜST-dən yeni qlobal epidemiya riski barədə XƏBƏRDARLIQ
Sentyabr ayında Ruandada yayılan Marburq qızdırması Konqo Demokratik Respublikası, Tanzaniya və Uqanda da daxil olmaqla digər qonşu ölkələrə keçə bilər.
Adalet.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib.
ÜST bu üç ölkənin hakimiyyət orqanlarından Ruanda ilə sərhəddə epidemioloji nəzarət üçün əlavə tədbirlər görməyi tələb edib.
Qeyd edək ki, sentyabrın 27-də Ruanda Səhiyyə Nazirliyi ölkədə Ebola qızdırmasını törədən virusla eyni sinfə aid olan Marburq qızdırmasının epidemiyasının başladığını təsdiqləyib. ÜST-ün məlumatına görə, bu günə qədər Ruandada 26 Marburq qızdırması aşkarlanıb, 9 nəfər ölüb.
Xəstələrin 70%-i paytaxt Kiqalidəki iki xəstəxananın tibb işçiləridir. Səlahiyyətlilər yoluxmuş şəxslə təmasda ola biləcək 300-ə yaxın adamı müəyyən edib. Onların hamısı nəzarət altındadır.
Digər Xəbərlər
25 Mart 2026 19:33
Göydə Allah, yerdə həkimlər. ..
25 Mart 2026 11:16
Çox təhlükəli virus dünyanı təhdid edir - Koronavirusdan daha ağırdır
22 Mart 2026 10:03
Ürəyin işini yaxşılaşdıran 6 QİDA
20 Mart 2026 14:03
Novruz bayramında sağlam qidalanma tövsiyələri - VİDEO
19 Mart 2026 18:00
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
17 Mart 2026 16:56
Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
17 Mart 2026 15:54
Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO
17 Mart 2026 10:05


Bakı -°C

