adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 May 2018 11:53
32754
DÜNYA

UŞAQLA QOCANIN GÖRÜŞÜ

Bu günlərdə ABŞprezidenti Donald Tramp öz Tvitter səhifəsində Şimali Koreya lideri Kim Çen İnləgörüşünün dəqiq tarixini açıqladı - 12 iyun 2008-ci il. Koreya Xalq DemokratikRespublikası yaranandan bu yana (9 sentyabr 1948-ci il) bir-birilərinə həm rəsmən,həm də faktiki olaraq qatı düşmənçilik mövqeyi sərgiləyən iki dövlət arasında ənyüksək səviyyəli görüşün keçiriləcəyiylə bağlı hələ neçə ay qabaq elə ən yüksəksəviyyədə də verilən anonslara rəğmən bəzi ekspertlər buna inanmır, şübhəyləyanaşırdılar. Əslində düz də edirdilər. Siyasətin və diplomatiyanın"mümkün olanı gerçəkləşdirmək" adlı bir sənət növü hesab edilməsiçoxdanın hadisəsidir və odur ki, belə şübhəli yanaşmalara naşılıq və korafəhmlilikkimi yox, təbii baxmaq lazımdır.

Problemin özəlliyitəkcə üz-üzə dayanan dövlətlərin öz mahiyyətində yox, onların hazırkıbaşçılarının xarakter və davranışlarındaydı. Düzdür, fərqli xarakter vədavranış deyimi daha gənc yaşlarında hakimiyyət olimpinə yüksəlməkdən başqa özsələflərindən, demək olar ki, heç nəylə fərqlənməyən Şimali Koreya liderindəndaha çox, məhz bu keyfiyyətlərinə görə öz sələflərindən kəskin şəkildə fərqlənənABŞ prezidentinə aiddir.

Yaxşı, ya pis,düzgün, ya səhv hesab edilməsindən asılı olmayaraq bu adamın hərəkətləri vədanışığının Amerika və bütövlükdə, dünya siyasətinə yeni ab-hava gətirdiyini,yeni çalarlar qatdığını, zənnimizcə, heç kim inkar etməz. Bunun ən bariz nümunəsinsəadam məhz Şimali Koreyaya münasibətdə sərgilədi. Kommunizmin süqutundan sonraaz qala dünyanın yadından çıxmış bu kiçik, hərbi arsenalındakı atom bombasınınmövcudluğuna görəsə xeyli təhlükəli ölkədə 70 ildir ki, hökmranlıq edən sülalərejiminin başçıları başlarını aşağı salıb öz xalqını fəlakət, aclıq və istibdadgirdabına sürükləməkdə davam etdikləri bir vaxtdaTramp sükutu pozdu. O, hakimiyyətinin elə birinci ilində ŞimaliKoreyaya qarşı az qala səlib yürüşü elan elədi, həm də bunu özünün ənənəviritorikasında elədi. Xatırlayırsınızsa, keçən il Kim Çen İni birbaşa BMT BaşAssembleyasının tribunasından yaş yuyub quru sərdi, onu "dəli","intihar missiyasını yerinə yetirən raket adam", "xalqını öldürən,acından qıran" birisi adlandıraraq bəyan elədi ki, ona indiyə kimi görmədiyigünləri yaşadacam. Ən maraqlısısa Trampın bu ifadələrini yumşaltmaq istəyən naməlumABŞ rəsmilərindən birinin Koreya rəhbərinə "bu uşaq" deməklə qaş düzəldənyerdə vurub göz çıxartması oldu. Cigitsayağı ittihamlara verilən cigitsayağıcavab da özünü yubatmadı, Kim Çen İnin Trampın ünvanına söylədiyi "psixi xəstə",ağlını itirmiş qoca", "xuliqan""quldur", "səfeh marizmatik" epitetlərinə onunxarici işlər naziri Li Yön Ho elə həmin BMT kürsüsündən "it hürər, karvankeçər" məsəliylə yekun vurdu.

Beləliklə, söyüşə-söyüşəbarışan, çəkişə-çəkişə bərkiyən iki liderin, yəni uşaqla qocanın gələn ayın 12-dəSinqapurda keçirəcəkləri görüşü çağdaşdünya siyasətində baş verən mühüm siyasi gəlişmə və böyük tarixi hadisə adlandırmaq mümkündür.

Görüşün müsbət nəticəverib-verməyəcəyi barədə indidən konkret bir söz söyləmək xeyli çətin görünsə də, hər iki ölkəbaşçısının müsbət emosiyalarla zənginaçıqlamaları nikbin proqozlar üçün zəmin yaradır. Məsələn, Tramp bunu bütün"dünyada sülhün bərqərar olması yolunda böyük cəhd ", Kim Çen İrsə"Koreya yarımadasında pozitiv dəyişikliklər və işıqlı gələcək qurmaqistiqamətində atılan ilk mühüm addım" adlandırıb.

Amma gələcəkdəhansı irəliləyişlərin əldə ediləcəyindən asılı olmayaraq, artıq indidən bəzipozitiv nəticələr barədə danışmaq mümkündür. Məsələn, bu günlərdə Pxenyan səfərindənqayıdan ABŞ dövlət katibi Maykl PompeoVaşinqtona təkcə yüksək səviyyədə keçiriləcək görüşlə bağlı razılıq müjdəsiyləyox, həm də xeyli vaxtdır ki, Şimali Koreya həbsxanalarında saxlanılan üçAmerika vətandaşıyla birlikdə qayıtmışdı. Ümumiyyətlə, ABŞ-Şimali Koreyaarasındakı daimi dava-dalaşlarda dustaq mövzusu ən azı atom bombası qədər həmişəaktual olub.

Qısa arayış

PompeonunPxenyan həbsxanasından dustaq çıxardıb aparması iki ölkə arasındakı münasibətlərdətəzə hadisə deyil, hətta demək olar ki,çox nadir halda baş verən birbaşa təmasların əsas, bəlkə də yeganəpredmetidir. Amerikanın nüfuzlu şəxslərivə yüksək çinli məmurları bu məqsədlə dəfələrlə Koreya liderinin ayağına getməyəməcbur olublar. 1994-cü ildə konqresmen Bill Riçardson səhvən Şimali Koreya ərazisinəkeçərkən vurulmuş Amerika pilotu Bobbi Xollun azad edilməsi üçün indiki liderinatası Kim Çen İrlə görüşür və buna nail olur. İki il sonrasa həminkonqresmen Çin-Şimali Koreya sərhəddiboyu axan Yaluçyan çayını sərxoş halda üzüb keçən Evan Xanzikeri azad etdirmək üçün Pxenyanlauğurlu sövdələşmə aparır. 2009-cu ildə məhbus azad eləmək missiyasına ABŞ-ıneksprezidenti Bill Klinton da qoşulur və onun səyi nəticəsində 12 il həbs cəzasıalmış Lora Linq və Yuna Li adlı ikiamerikalı jurnalist əfv olunurlar.Çin-Şimali Koreya sərhəddindən reportaj hazırlayan həmin qadınjurnalistlər qayıqçı tərəfindən aldadılaraq əks tərəfə keçirilmiş və həbsedilmişdilər.

Ümumiyyətlə,indiyə kimi bu və ya digər səbəblərdən Şimali Koreyada həbsə alınan 15 nəfər ABŞ vətəndaşı ən yaxşı halda bir neçəay, ən pis halda bir neçə il Çuçxe(Şimali Koreyanın marksizmdən qaynaqlanan rəsmi ideologiyası beləadlanır) rejiminin qazamatlarından çıxardılıb. Ən səs-küy yaradan hadisəsəindiki liderin vaxtında, 1916-cı ildə Pekindən Pxenyana turist kimi gələn 21yaşlı amerikalı tələbə Otto Vombierin ətrafında baş vermişdi. O, mehmanxanadasiyasi məzmunlu plakatı cırdığı üçün həbs olunur, məhkəmədə əməlini etiraf edirvə 15 il həbs cəzası alır. İl yarımdan sonra azad edilən tələbə öz ölkəsinəqayıdandan bir həftə sonra vəfat edir ki, bunu da həbsxanada verilən işgəncələrləbağlayırlar.

Pompeonun azadelətdirdiyi sonuncu məhbuslar Amerika vətəndaşları olsalar da, üçü də etnikkoreyalıdır. Hər üçünün də soyadı Kim - Kim Don Çxol, Kim San Duk və Kim Xak Sun.Birincisi mühəndisdir, qalan ikisisə müqavilə üzrə Pxenyan univesitetində müəllimişləyiblər. Bu adamlar casusluq ittahamıyla həbs olunmuşdular. Bəzi ekspertlərAmerikada onların azad olunmasıyla bağlı o qədər də hay-küylü kampaniyaaparılmamasını ittihamlarda həqiqət payının olmasıyla izah edir və bildirirlərki, belə bir vəziyyətdə rəsmi Pxenyan onların dosyelərini açıqlayardı ki, bu daqarşı tərəfə sərf eləmirdi.

İkinci pozitiv gəlişməsəözünü Çin xaric bütün dünyadan təcrid eləmiş bu ac-yalavac ölkənin əlində əneffektli şantaj vasitəsi olan nüvə silahıyla bağlıdır. Əlbəttə, ŞimaliKoreyanın birbaşa ABŞ-ın təhlükəsizliyinə təhlükə törədəcəyi haqqında verilən bəyanatlarvə ekspert şərhləri yumşaq desək, həqiqətə uyğun deyil, ancaq onun özqonşuları, ilk növbədə canı canından, qanı qanından olan ən böyük düşməni CənubiKoreyaya istənilən pisliyi eləməyə qadir olması heç kimdə şübhə doğurmur. Axı,Cənubi Koreya indi şimaldakı həmvətənlərini təkcə tarixi düşmənçiliyə görə yox,həm də öz sürətli inkişafıyla qıcıqlandırır. Kim Çen İnin nüvə sınaqlarınıdayandırması və nüvə poliqonunu bağlamasıyla bağlı verdiyi qərar artıq ciddihadisədir və yüksək səviyyəli danışıqlar başlamamış belə bir qərarın verilməsidüşünmək üçün xeyli suallar yaradır.Dünyaya iqtisadi ağalıq eləmək yolunu tutmuş və son vaxtlar bundan dolayı üzləşdiyiçətinliklərdən qurtulmaq üçün Çin təzyiq edirmi? Ölkə islahatlara gedirmi? Ölkəbatırmı? Yoxsa, 70 ildir ölkəni fəlakətə sürükləmiş baba-oğul-nəvə triosununsonuncu nümayəndəsinin özü də artıq onunçoxdan batdığının fərqinə varıb? Suallar çoxdur, ancaq prosesin uğurlu yekunu məhzaxırıncı sualın dərk edilib-edilməməsindən asılı olacaq.

İyunun 12-dəgerçəkləşəsi görüşün ilk mərhələsi Şimali və Cənubi Koreya liderləri arasındakıgörüşlə başladı. Aprelin 27-də hərbisizləşdirilmiş zonada yerləşən sərhədPxanmunca kəndində baş tutan bu görüş həm də onunla əlamətdar idi ki, ŞimaliKoreya lideri Kim Çen İn 1953-cü ildən, yəni Korey müharibəsi başa çatandansonra Cənubi Koreyaya keçən ilk Pxenyan lideri kimi adını tarixə yazdı. Həmingörüşdən sonra imzalanan sənəd "Sülh, əməkdaşlıq və Koreya yarımadasınınbirləşməsi haqqında" Pxanmunc" deklarasiyası adlanır. Ancaq görüşdəiki tərəfli münasibətlərlə bağlı xeyli məsələlərin müzakirə edilməsinə baxmayaraq,onun əsas mövzusu heç şübhəsiz ki, Trampla Kim Çen İnin gözləniləndanışıqlarıyla bağlı olub.

Xatırladaq ki, CənubiKoreya yuxarıda sözügedən müharibənin sonunda bağlanmış sülh müqaviləsiniimzalamaqdan imtina etdiyinə görə bu iki dövlət 68 ildir ki, rəsmi olaraqmüharibə vəziyyətindədirlər. Elə dərinə getsək, faktiki də belədir. Ancaq bunarəğmən zaman-zaman bu iki ölkə arasında yüksək səviyyəli görüşlər və müxtəlif səviyyəlitəmaslar nadir hallarda da olsa baş verib. Hətta Kim Çen İnlə Cənubi Koreyaprezidenti Mun Çje İnin bu sonuncu görüşü ən yüksək səviyyədə keçirilən üçüncügörüşdü.

ABŞ prezidentiDonald Trampın Şimali Koreyayla bağlı heç bir Amerika prezidentinin nailolmadığı diplomatik uğura imza atması şübhəsiz, böyük qələbədir. Xüsusilə görəvinəbaşladığı gündən daim tənqid, tənə və kompromat hədəsiylə üz-üzə qalmış birprezidentdən ötrü. Görünür, məhz buna görə də Miçiqan ştatında öz tərəfdarlarındanibarət böyük kütlə qarşısında çıxış edən Tramp alqış sədalarından xeyli təsirlənərəkora toplaşanlara dərin minnətdarlığını bildirib. Tramp Şimali Koreya lideriyləkeçirilməsi nəzərdə tutulan görüşlə bağlı bunu da söyləyib ki, bu görüşün necəqurtaracağı, nələrə nail olunacağı onun özünə də bəlli deyil. "Amma birşey aydın oldu ki, biz oyun oynamırıq. Cəmi üç-dörd ay bundan qabaq bu sahədənecə biabırçı vəziyyətin hökm sürdüyünü xatırlayırsınızmı?" Onun cavabıözündə olan bu sualından sonra kütlə "Nobel!", "Nobel!" -deyə bağırmağa başlamış, Tramp da elə bu məqamda kövrəlmişdi.

Olabilsin ki, kütlə haqlıdır. Şimali Koreya siyasətindəki uğur Trampı Nobelmükafatına qovuşdura bilər. Niyə də qovuşdurmasın? Axı, indiyə kimi Ərəb - İsrail konfliktinin həlliyolundakı böyük xidmətlərinə görə görün neçə nəfər bu ödülə layiq görülüb.

Konfliktsə ildən-iləşiddətlənməkdə davam eləyir.

ANALİTİK XİDMƏT