"Uşağın əlindən telefonu almaq asandır, amma..." - Deputat
"Son dövrlər rəqəmsal mühit həyatımızın ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələr artıq sadəcə ünsiyyət vasitəsi deyil – burada düşüncələr formalaşır, təsirlər yaranır, dəyərlər dəyişir. Xüsusilə uşaqların və yeniyetmələrin bu mühitə çox erkən yaşda daxil olması məsələyə daha ciddi yanaşma tələb edir".
Adalet.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, uşaqların rəqəmsal təhlükəsizliyi artıq seçim deyil, zərurətdir:
"Çünki internet mühiti həm imkanlar yaradır, həm də risklər daşıyır. Bir tərəfdən uşaqlar informasiya əldə edir, öz bacarıqlarını inkişaf etdirir, digər tərəfdən isə zərərli məzmun, psixoloji təzyiq və müxtəlif manipulyativ təsirlərlə qarşılaşa bilirlər. Bu reallığı görməzdən gəlmək olmaz. Dünyada bir çox ölkə artıq bu istiqamətdə konkret addımlar atır. Yaş məhdudiyyətləri, məlumatların qorunması, valideyn nəzarət alətləri və platformaların məsuliyyətinin artırılması məsələləri geniş müzakirə və tətbiq olunur. Azərbaycanın bu prosesə qoşulması və sistemli yanaşma sərgiləməsi təqdirəlayiqdir. Burada əsas məsələ yalnız məhdudiyyət qoymaq deyil. Əsas məqsəd uşaqları rəqəmsal mühitdən uzaqlaşdırmaq yox, onları bu mühitdə təhlükəsiz və məsuliyyətli şəkildə davranmağa hazırlamaqdır. Ona görə də təhsil proqramlarında rəqəmsal savadlılıq və kibertəhlükəsizlik mövzularının yer alması çox vacibdir. Uşaq bilməlidir ki, hansı məlumatı paylaşmaq olar, hansı yox, hansı xəbərə inanmaq lazımdır, hansına yox".
Deputat bildirib ki, məktəblərdə mobil telefon istifadəsi ilə bağlı qaydaların müəyyənləşdirilməsi balans tələb edən məsələdir. Onun sözlərinə görə, texnologiya düzgün istifadə olunanda faydalıdır, amma nəzarətsiz qalanda diqqət yayındırır və asılılıq yarada bilir:
"Ona görə də həm nizam-intizam, həm də təhlükəsizlik qorunmalıdır. Valideynlərin rolu burada xüsusi əhəmiyyət daşıyır. Uşağın əlindən telefonu almaq asandır, amma onunla danışmaq, izah etmək və doğru istiqamət göstərmək daha vacibdir. Rəqəmsal mühitdə sağlam davranış ailədən başlayır. "Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" Prezident İlham Əliyevin imzaladığı Sərəncam bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Sənəd özündə bir çox olduqca mühüm məsələləri ehtiva edir. Heç şübhəsiz ki, bu sahədə atılan addımlar gələcək nəsillərin daha sağlam, daha düşüncəli və daha məsuliyyətli formalaşmasına xidmət edəcək. Uşaqlarımızın təhlükəsizliyi və rifahı hər birimizin ortaq məsuliyyətidir və bu istiqamətdə ardıcıl siyasət aparılması cəmiyyətimizin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir".
Digər Xəbərlər
02 Mart 2026 12:48
Leyla Əliyeva "Woman Bazaar" festivalında - FOTOLAR
02 Mart 2026 10:43
Prezident məişət tullantıları daşıyan texnikalarla tanış oldu - FOTOLAR
02 Mart 2026 09:15
Xocalıda avtomobillərdə köməksiz qalanlara yardım edildi - VİDEO
01 Mart 2026 11:11
Ölkədə küləkli və yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
01 Mart 2026 09:19
Yazın ilk ayının ilk günündə hava necə olacaq?
28 Fevral 2026 00:07
Prezidentin gəlininin alpaka fermasından maraqlı - FOTOLARI
27 Fevral 2026 17:24
“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
27 Fevral 2026 16:00


Bakı -°C

