adalet.az header logo
  • Bakı -°C
02 Mart 2026 13:43
81
DÜNYA
A- A+

Əraqçi və Mirzoyan arasında telefon danışığı oldu

İran və Ermənistan xarici işlər nazirlərinin telefon danışığı olub.

Adalet.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. 

Qeyd edilib ki, İranın xarici işlər naziri Abbas Əraqçi İranın ABŞ və İsraildə genişmiqyaslı müharibə şəraitində olduğunu deyib.

O bildirib ki, İran hücuma cavab olaraq İsraili və bölgədəki ABŞ hərbi bazalarını hədəf alıb və lazım olduğu müddətdə özünü müdafiə etməyə hazırdır.

Əraqçi, həmçinin İranın öldürülən liderlərinin qisasının alınacağını bəyan edib.

Mirzoyan İranın Ali Rəhbəri Seyid Əli Xameneinin, eləcə də bir sıra İran vətəndaşlarının, qadın və uşaqların həlak olması ilə bağlı başsağlığı verib.

O, eyni zamanda Ermənistanın zəruri olan hər cür humanitar yardım göstərməyə hazır olduğunu bildirib. Mirzoyan mövcud vəziyyətin diplomatiya yolu ilə həll olunacağına ümid etdiyini vurğulayıb.