Yazın ilk ayının ilk günündə hava necə olacaq?
Bu günə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə havanın az yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 0-2° isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın bəzi rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10°şaxta, yüksək dağlıq ərazilərdə 10-15°şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Digər Xəbərlər
01 Mart 2026 11:11
Ölkədə küləkli və yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
28 Fevral 2026 00:07
Prezidentin gəlininin alpaka fermasından maraqlı - FOTOLARI
27 Fevral 2026 17:24
“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
27 Fevral 2026 16:00


Bakı -°C

