adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Noyabr 2019 10:27
34210
ƏDƏBİYYAT

Ürəklə yazılanlar - Loğman Rəşidzadə yazır

Cəmiyyətin inkişafı uğrunda mücadilə eləcə həqiqətaxtarışı, özünütapma və özünüetiraf naminə azad fikrin ilahi yüksəlişinin təntənəsidir.Həqiqətin dərin kök saldığı qəlblər bəşəriyyətin geniş, işıqlı mənəviyyat adasıkimi zaman-zaman insan ağlının, şüurunun, coşqun və təlatümlü ruhununsığınacağı olub. Həqiqət zamanın xeyrinə bir an belə, susmamalı, dil açıb bizimvarlığımızdan, mübarizəmizdən, bəşəri əməllərimizdən, çalın-çarpaz fikirlərimizdən,üzərimizdə bərqərarlaşmış vətəndaşlıq borcundan danışmalıdır. Bu isə insanlığınnəcib həvariləri, azad fikrin və demokratik ruhun apastolları olan ziyalıların,yazıçıların, qələm əhlinin əbədi missiyasından mayalanır. Həqiqət carçısı olanziyalılar ürək və qəlbin hakim kəsildiyi nəsnələri, ilahi hökmlə möhürlənmiş əməlləriöz isti və munis kölgəsi ilə qoruyub saxlamaqda daim baqidir. Beləziyalılarımızdan biri istedadlı qələm sahibi, şair, nasir, publisist, mühərrir,bir sözlə, "bütün yönləri ilə yaradıcı” (Akademik İ.Həbibbəyli) insan Rəşad Məciddir.Bəzən biz istedad sözünü fərqinə varmadan geninə-boluna işlədir, səxavətlə deməkolar ki, hamıya ünvanlayırıq. İstedad dərin məzmunlu, poetik ruhlu,intellektual siqlətli yazılar ərsəyə gətirməkləyanaşı, həm də zəhmətin qaynarında bişmiş düşünən adam, azad fikirlilik,zəmanənin naqisliklərilə barışmazlıq, sərt ictimai tənqidçi, nəcib, səmimimaarifçi, coşqun ruhlu vətəndaşdır. İstedad – insanları birləşdirmək, ideyalaryaratmaq (ideallara xidmət etmək), sosial ziddiyyətləri aradan götürmək, siyasiçaxnaşmalar zamanı təmkin və ləyaqətini itirməməkdir. Bizim əziz dostumuz, müqtədirşair, nasir, publisist, demokratik ruhlu redaktor, maarifçi, islahatçı ədəbiyyatşünas,azad düşüncəli insan Rəşad Məcid belə istedad sahiblərindəndir.

Rəşad Məcidin şeirləri, nəsr əsərləri və həm dəpublisistikası barədə çağdaş ədəbi sferada geniş söhbət açılıb, onun duyğu vədüşüncələri hər üç janrın imkanları işığında geniş şərh edilib. Bu qələm məhsullarındadoğrudan da Rəşadın həm istedadı, vətəndaş mövqeyi, humanizmi, azadlıq sevdası,torpaq nigarançılıqları, Qarabağ dərdi və həsrəti bütün çalarlarıyla görünür, həmdə özü, şəxsiyyəti, ziyalı obrazı, ipək kimi yumşaq və ipək kimi qayimxarakteri, mübariz, coşqun ruhu boy göstərir. Tələb və zövqlərin şıltaqlaşdığıbir zamanda qəzetçiliklə məşğul olmaq, redaktorluq etmək, jurnalistikada yeni məktəbyaratmaq həddinə qədər gəlib çıxmaq hünər və istedadın göstəricisidir. Doğrudanda Rəşad Məcid müstəqillik dövrü jurnalistikamızın cəsarətli və demokratikruhlu redaktorlarından biri kimi "525-ci qəzet”in ətrafında bacarıqlı,istedadlı, qəlbi vətəndaşlıq duyğularıyla döyünən böyük bir jurnalistlər(publisistlər) ordusu toplaya bildi. Bu, onun jurnalistikamız qarşısında,ümumiyyətlə, ədəbi düşüncənin, müstəqil fikrin və vətəndaş mövqeyinin inkişafınaminə atdığı ən böyük addımdır. O, jurnalistikamızın nəzəri və təcrübi ənənələrinidə öz simasında məharətlə birləşdirə bilən yaradıcı ziyalı, ictimai xadimdir.R.Məcid redaktor kimi özünü bacarıqlı təşkilatçı kimi təsdiq etməklə yanaşı,yazdığı dəyərli məqalələr, resenziyalar, rəylər, verdiyi müsahibələrilə dəözünü təcrübəli, səriştəli, cəsarətli və istedadlı publisist, qəzetçi vəgenişprofilli jurnalist kimi də sübut etmişdir. Başqa sözlə: "Heç şübhəsiz ki,Rəşad Məcid gördüyü bütün işlərdə səriştəli, bacarıqlı və peşəkardır. Amma eləbunları yaza-yaza içimdəki ikinci "mən” deyir ki, cəmiyyətdə nə qədər peşəkarlarvar, adamlar onlar haqda nəinki yazmır, hətta, yüz metrliyindən qaçırlar.Görünür, sadəcə peşəkarlıq və bacarıq, hətta istedadın özü də yetərli deyil.Bütün bunlar uzağı yaxşı əsər yazmağa, populyar qəzet buraxmağa kömək edər,amma Rəşad Məcid olmağa yox! Bir çox sirlərin cəmidi, Rəşad Məcid! (Pərvin"Hamının və heç kimin”).

Rəşad Məcid uzun illərdir ki, şeir, hekayə və s. ədəbiyaradıcılıqla yanaşı publisist kimi də fəaliyyət göstərmiş, bu sahədə özünü dərinbilikli, erudisiyalı, intellektual bir jurnalist, geniş analitik təfəkkürlüpublisist kimi də təqdim etmişdir.



"Rəşad Məcid müstəqillik dövrü Azərbaycanpublisistikasının əsas yaradıcılarından və görkəmli nümayəndələrindən biridir”(Akademik İsa Həbibbəyli, "Bütün yönləri ilə yaradıcı Rəşad Məcid”).

Onun publisistikası, təbii ki, real həyatdan nəşəttapır, konkret hadisə və əhvalatlardan qidalanır. Və bəzən də xəyal pərvazlarındaömrün və taleyin o taylarına, yaddaşın məhrəm ünvanlarına qanadlanır. Bu daonun publisistikasına şirin bir romantika qatır. O, qələmə aldığı adi məişəthadisələrindən tutmuş geniş rezonanslı ictimai-siyasi problemlərə qədər özmüdaxiləsi, rəy içində rəy formalaşdırması, münasibət içində münasibətyaratması, mövqe içində mövqe nümayiş etdirməsilə daha çox yadda qalır. Belədəo, əsl analitik kimi qələmə aldığı hadisələrə doğru-düzgün qiymət verir,oxucunu öz mövqeyinə, fikrinə, tendensiyasına inandırıb tabe edə bilir.

Onun qələmə aldığı publisistik nümunələr, əsasən,"Dəlicəsinə” adlı kitabda toplanıb. Onun "Roman” adlandırdığı lirik-epik düşüncələrinə dərəcədə lirik-romantik, hissi-emosional ovqat yaradırsa, "Dəlicəsinə”toplusu da bir o qədər ciddiliyi, ləngərliyi, dərinliyi, akademizmiylə fərqlənir.Lakin burada toplanan məqalələr də poetik ruhdan, romantik ovqatdan, metafizik əhval-ruhiyyədənxali deyil. R.Məcidin publisist qələmi həyatımızın bütün tərəflərinə nüfuzedir, bəzən ictimai nəzarətdən kənar qalan, hətta taleyüklü məsələlərin, biganəlikcaynağında vurnuxan və heç kimə lazım deyilmiş kimi unudulan problemlərin üzərinədə işıq salmış olur. Onun publisistik əsərlər toplusu "Dəlicəsinə” kitabınınstrukturu, ideya-məzmun bölgüsü də bu mənada publisistin məqsəd və məramınınaçılımına, əyaniləşməsinə kifayət qədər kömək edir. Kitabın içindəkilər beləqruplaşdırılıb: "Yaşadıqlarım”, "Gördüklərim”, "Dediklərim”, "Tanıdıqlarım”. Bubölümlər, ümumiyyətlə, topluya struktur etibarilə bədii-məntiqi aydınlıq verirvə oxucunu qabaqcadan mütaliəyə hazırlayır. Belə bir aydınlıq, şüurlu görüntü,oxucu ilə açıq dialoq, ictimai-siyasi hadisələrin yetərincə dəqiq təqdimatı, müəlliffikrinin duyğu və düşüncələrinin səmimi etirafı, ümumiyyətlə Rəşad Məcid yaradıcılığıüçün səciyyəvi cəhətlərdir. "İctimai-siyasi və ədəbi-elmi mühiti tam olaraqbirlikdə görməyi və dəyərləndirməyi bacarmaq, daim irəliyə doğru dərkolunmazobyektiv baxış Rəşad Məcidin jurnalistika fəaliyyətinin və publisistikasınınmahiyyətini təşkil edir” (Akademik İ.Həbibbəyli, "Bütün yönləri ilə yaradıcı RəşadMəcid”).

Rəşad Məcidin həyatımızın müxtəlif sahələrinə nüfuzedən publisistik fəaliyyətini şərti də olsa, bir neçə qrupa ayırmaq olar.

1. İctimai-sosial motivli məqalələri. Rəşad bu mənadahəssas müşahidəçi, dərin analitik təhlil istedadına malik jurnalistdir. O,dövrümüzün, içində yaşadığımız cəmiyyətin səciyyəsini bütün təfərrüatı ilə şərhedə bilir, insanlar arasında qarşılıqlı münasibətlərin məntiqinə varır, onlarınəqli-intellektual, ruhi çabalarını ən incə ştrixlərlə əks etdirir və həssas sənətkarnöqteyi-nəzərindən bu müsbət, yaxud naqis olaylara sərrast ziyalı-sənətkarmövqeyi sərgiləyərək dəqiq qiymət verə bilir.

2. Ədəbi-bədii oçerkləri – esselər. Onun bədiipublisistikasının əsasını təşkil edən bu oçerklər və esselər publisistik sərhədləriötərək daha çox bədii düşüncə, lirik ovqat məhsulları kimi təzahür edir. Təbiiki, publisistika yaradıcılığında lirik təəssüratlar və bədii düşüncənin üfüqlərikifayət qədər geniş olur. Bu çalarlar da publisistik əhval-ruhiyyəni bədiiobrazlılıqla zənginləşdirir, ona yeni təravət verir, müəllif-oxucu ünsiyyətinidoğmalaşdırır. Rəşad Məcidin bədii publisistikasında isə bədiilik daha öndədir,daha çox dominantlıq təşkil edir. Onun publisistik məqalələri bitkin bir hekayə,yaxud lirik bir lövhədir. Xüsusən, esseləri. Bu əsərlərin strukturunda, bədiiarxitektonikasında və poetik estetikasında duyan bir insanın qəlbçırpıntılarını hiss edirik, narahat bir vətəndaşın zahiri forma və görüntülərdənuzaq ictimai düşüncələrlə dolu qayğılarını biz də onunla birgə yaşayırıq. Onuncümlələrində, sözlərində, ifadə və ibarələrində bəlağət, təmtəraq, saxtaşüarçılıq yoxdur, dərin hissiyyat, zərif duyum və universal estetika yaşayır.O, insanda formalaşan və onu zənginləşdirən mənəvi-əxlaqi dəyərləri təkmil vəkamil görməyə çalışır, bədii oçerklərində, esselərində bunun nümunələriniyaradıb yüksək qiymətləndirir. O, həm də ona görə uğura nail olur ki, çoxyaxından tanıdığı, sevdiyi insanları ədəbi tədqiqatın mövzusuna çevirir.

3. Ən maraqlı təəssüratlar Rəşad Məcidin səfərqeydlərinin qatlarında yaşayır. O, həm bir redaktor, yaradıcı şəxs,ictimai-dövlət adamı kimi, həm də Azərbaycan Yazıçılar Birliyinin katibi kimitez-tez müxtəlif səfərlərdə olur, ayrı-ayrı tədbirlərə dəvətlərdə bulunur. Çoxyaxşı ki, bu səfərlərdən Rəşad əliboş qayıtmır, geri dönəndə vağam sünbül kimidönür, qələmə aldığı oçerklərlə, publisistik qeydlərlə öz oxucularına maraqlı səfərtəəssüratları təqdim edir, yeni məlumatlar verir və beləliklə də bizim ruhumuzuvə qəlbimizi təravətləndirməklə yanaşı informasiya bankımızı da zənginləşdirir.

Bir məsələni də mütləq qeyd etmək lazımdır ki, Rəşadharada olursa-olsun, hansı ölkəyə, hansı şəhərə gedirsə-getsin – istərİstanbulda, Romada, Strasburqda, istərsə də Berlində fərqi yoxdur, Qarabağağrısını da özüylə aparır, hər yerdən Şuşa görünür, Laçın boylanır, Ağdam baxırona... İşgüzar səfərlərdə, bu səfərlərin təəssüratı kimi qələmə alınanpublisistik qeydlərdə də Qarabağ dərdi və problemi əsas prioritetdir. Onunaydın vətəndaş mövqeyinin mayasında, məhz bu yaşantılar, duyğu və düşüncələrdayanır.

4. Rəşad Məcid dövrün siyasi dəyişmələrinə, ölkədəvə dünyada baş verən siyasi təbəddülatlara, beynəlxalq böhran paradiqmalarına vəbununla yanaşı tarixi keçmişimizə son dərəcə ziyalı həssaslığı, ayıq yazıçı fəhmiylədaim operativ reaksiya verir. Siyasi hadisələrə münasibət birjurnalist-analitik və aktiv ziyalı-yazıçı kimi Rəşad Məcid üçün taleyüklü məsələdir,ölkənin, dövlətin mövcud, mürəkkəb və qarışıq dövrdə müdafiəsi məsələsidir.Onun üçün, siyasi duruma öz qələmi ilə fəal müdaxilə, əslində fəal vətəndaşmövqeyi ortaya qoymaqdır. O, bütün bunları – istər qələmə aldığızarisovkalarında, verdiyi irili-xırdalı müsahibələrində, siyasi təhlillərində,istərsə də rəsmi məclislərdə, forumlarda, konfranslarda etdiyi çıxışlarda açıqziyalı mövqeyindən bəyan edir. O, bəziləri kimi buqələmun cildinə girmir,siyasi, ictimai və ədəbi mövqeyini heç vaxt gizlətmir. Bir çoxları siyasətiriyakarlıq, saxtakarlıq, oyun adlandırır. (Yazılı mətnlərdə, filosofların,siyasi xadimlərin çıxışlarında da eyni kontekstlə rastlaşırıq). Amma, görünür hərşeydə olduğu kimi, eləcə siyasətin özü də səmimiyyətə daha çox ehtiyac duyur. RəşadMəcidin səmimi, aydın həyat və fəaliyyəti, ictimai-siyasi, ədəbi mövqeyi bu mənadada nümunə ola bilər.

5. Ədəbi-bədii tənqid və ədəbiyyatşünaslıqmövqeyindən qələmə alınan məqalələri də Rəşad Məcidin bir başqa yöndən ictimai-ədəbiməzmununu ortaya qoyur, onun bu istiqamətdə fəaliyyətinə yeni işıq salmış olur.Ədəbi-publisistik fəaliyyətinin bu növü onu "yazıçı tənqidi”nin tanınmış nümayəndəsikimi səciyyələndirməyə imkan verir. Belə yazılarda onun qrafomonluğa, ədəbispekulyasiyaya dözməyən amansız tənqidçi mövqeyilə yanaşı, xeyirxah, humanist,qayğıkeş obrazı da canlanır. Xüsusən, gənc yazarlar haqqındakı qeydlərində,onların yaradıcılığı barədə yazdığı ressenziya və rəylərdə bu ürəyiyumşaqlıq vəcanyananlıq daha çox boy göstərir. O, bu mövqedə amansız tənqidçi deyil. O, tərifdə etmir. O, araşdırır, təhlil edir, daha çox ruhlandırır, gələcəyə, uğura səsləyir,yönəldir və yönləndirir. Bir sözlə, əsl dost münasibəti, humanizm sərgiləyir.

Rəşad Məcidin publisistik yaradıcılığına xas cəhətləribir az da xırdalamaq olar. Amma bizcə, onun bu irtiqamətdəki yaradıcılıq estetikasınınvə ədəbi-publisistik fəlsəfəsinin açılımı üçün dediklərimiz də müəyyən mənada,kifayət edər. O bu məsələləri və öz fəlsəfi-estetik kredosunu "Yeni paytaxtehtiyacı”, "Səfərin təzəsi, dostun köhnəsi”, "Əlvida və salam”, "Ağ dənizinduzu”, "Mətbuat tarixinə yazılacaq böyük hadisə”, "Dostluğun böyük nümunəsi”,"İdarəçilik Akademiyasında jurnalistika dərsi”, "Dövlət İdarəçilikAkademiyasında növbəti dərs”, "Doğma adamın "Köhnə və təzə Bakı” nağılı”,"Hamıya çatası işıq”, "Gördüyüm ilk diri şair”, "A” roman”, "Şair və nasir Fəhmi”,"İki 5”, "Ləqəbi Ağsaqqal”, "Gəncədəki ruh”, "Özgə planetdən gələn”, "Ağ qoç,qara qoç”, Nə yaxşı tapdım özümü”, "Uğura aparan yol”, "Əsəd bəy və Nuridəxanım”, "57 il öncənin borcu” və başqa məqalələrində geniş diapazon və spektrdəaçıqlamışdır.

Rəşad Məcidin jurnalistikasının həyata cəsarətləmüdaxilə edən zəngin və rəngarəng mövzular üzərində intişar tapması onun bədiipublisistikasının mayasına yeni məna qatır. O, son dərəcə aktual, zərurimövzulara toxunur, incə mətləbləri çözələyir. O, açıq, aydın düşüncəyə yolaçan, insan qəlbini riqqətə gətirən, işıqlı ideyalar formalaşdıran məsələlərdənsöz açır. Rəşad Məcid o publisistlərdəndir ki, adilikdə qeyri-adilikləri sezəbilir, çoxlarının yanından sakit-səssiz ötə bildiyi nəsnələri ictimai fikrindiqqətinə yönəldir. Belədə o, müqtədir, bir söz ustasıdır, anlayan və anladanmaarifçidir, problemləri sona qədər təşrih edən ictimai cərrahdır. Son anda gələcəyəişıq tutan yolgöstərəndir.

"Rəşadın bir-birini təkrarlamayan mövzularda bəhsetdiklərini fərqli bir rakursdan, həm də stilinə xas ifadə etməsi publisistik səriştəsiningöstəricisidir.” (Şəfəq Nasir, "Dəlicəsinə sevə bilsən”). Bəli, Rəşad Məcidinçevik intellektinin və yaradıcı təfəkkürünün nəticəsidir ki, həm onun özyaradıcılığında, həm də "525-ci qəzet”in (bu da eləcə onun yaradıcılığının birqanadıdır) səhifələrində mövzu zənginliyi və rəngarəngliyi ilə qarşılaşırıq.Bu, həm də onun redaktorluq bacarığından, mühərrirlik istedadından və səriştəsindənsüzülüb gələn bir xüsusiyyətdir. Yaxşı redaktorun beyni ictimai mətləblərlə ləbələbdolu informasiya bankı, yaradıcılıq emalatxanası olmalıdır, fikriylərazılaşmamaq olmur. Ə.Haqverdiyev Mirzə Cəlil haqqında xatirələrində yazırdı:"Mirzə Cəlil dost qazanmaqda, ziyalıları işə çəkməkdə məharət yetirmişdi.Yazmaq istedadı olanlara və mövzu qarşısında məəttəl qalanlara mövzu verməkdə yədi-bəyzasıvar idi. Guya ki, mövzuları cibindən çıxarırdı”.

Belə misallar yaxın tariximiz və demək olar ki,müasirlərimiz sayılan müqtədir redaktorlarımız üçün də xarakterikdir. Azərbaycanmətbuatının korifeylərindən biri, "Bakı”, "Baku” qəzetlərinin banisi,yaradıcısı və 30 ildən çox bu qəzetlərə başçılıq etmiş Nəsir İmanquliyev bizə,gələcək jurnalistlərə tələbə vaxtı dərs deyəndə publisistikada mövzu seçiminədönə-dönə toxunardı. Deyərdi ki, diqqətli jurnalist hər şeydə, yolda küləyinağzında cövlan edən adi bir kağız parçasında, cırılmış kitab vərəqində də mövzutapa bilər. Küçədə gedəndə hər şeyə diqqət yetirin, dükana-bazara baş çəkin,kinoteatrlara yolunuzu salın, adicə afişalara, elan vərəqələrinə nəzər yetirin,ən əsası da insanları müşahidə edin, onların üz cizgilərini, hərəkətlərini,sevinc və kədərini ufadə edən jest və mimikalarını yadınızda saxlayın. Bütünbunların hamısı gələcəkdə sizin üçün mövzu mənbəyi olaraq yaddaşınızdakodlaşacaqdır.

Digər bir mətbuat korifeyimizin bu tipli tövsiyələrinivə təcrübi hərəkətlərini, öyüd və nəsihətlərini öz həyatımda, öz taleyimdəbirbaşa yaşamışam. Bizim unudulmaz müəllimimiz və mənim ilk redaktorum NərimanZeynalov redaktorluğun bütün parametrləriylə nümunə olduğu kimi mövzu seçməkdədə taysız-bərabərsiz idi. Redaktorluğu dövründə "Sovet kəndi” qəzetindədoğrudan da o, bir inqilab etdi və yeni məktəb yaratdı. Mövzu seçməyi isə tamambaşqa aləm idi. Bir dəfə məni çağırıb sorğu-sualsız dedi ki, get növbəti nömrəyəbir felyeton hazırla, adını da qoy "Qarpız kəsdim yeyən yox...”. Sonra əlavəetdi, eşidibsən, belə bir mahnı? Dedim, eşitmişəm. Dedi ki, mahnıdan yazma ha,camaat qarpızdan zəhərlənib qırılır. Bildin də...

Bir dəfə də axşamüstü çağırıb dedi ki, mən bilirəm,Nazim Hikməti çox sevirsən, öhdəsindən gələrsən. Sabahkı nömrəyə Nazim Hikmətdənbir şey yaz, adını da qoy "Mən bir ceviz ağacıyam...”. Gecə yatmadım. Səhərtezdən böyük bir material artıq redaktorun stolunun üstündəydi. Nöqtə-vergülünətoxunmadan çapa göndərdi. Səhv eləmirəmsə, N.Hikmətin 70 illik yubileyi idi.

Söylədiklərimə xatirə kimi yanaşmayın. Bu xatirələrdəjurnalistikamızın həm nəzəri, həm də təcrübi dərslərinin yaddaş xəritələricızılmışdır. Bəli, jurnalistikada mövzuseçimi prosesi uğurun yarısıdır, bəlkə bir az da artıq. Rəşad Məcid belə müqtədirinsanların, əvəzolunmaz müəllimlərin məktəbini keçdiyinə görə özü də qurucuoldu, məktəb yaratdı. Məhz bu redaktor həssaslığıdır ki, özünü onun publisistiknümunələrində də yaradıcı eleksir kimi göstərir. Məhz, Mirzə Cəlildən üzübəri həminyaradıcı ruhdur ki, Rəşad Məcid kimi redaktorların simasında təcəlla tapır.

Qeyd etdik ki, Rəşad Məcid öz publisistikasında həmişəciddi əks-səda verən hadisələrə, impulsiv problemlərə toxunur. Bu aktual məsələləronun vətəndaş narahatlıqlarından qaynaqlanır. "Rus bölmələri haqqında köhnəmif” ("525-ci qəzet”, 16 mart, 2019-cu il) adlı analitik yazısında Azərbaycanüçün tarixən üzücü, ağrılı bir məsələ olan orta məktəblərdə rus dilinin tədrisiprobleminə toxunulmuşdur. Bugün bütün olmuş və olacaqlara baxmayaraq, Azərbaycaninsanı rus basqısının üfüqdə parıltısını daim görə-görə, bu kal meyvəninacısını həmişə dada-dada yenə də ona kütləvi meylin havasının yaşantısıpublisistə qəribə gəlir. Bu həvəsin kökündə dayanan hansı hissdir, hansı həvəsdir?Rəşad Məcid açıq-aydın bir mövqeylə, sadə, anlaşıqlı mühakimə tərzi ilə bu bəlanınsimptomlarını araşdırır. Düzdü, bizdə digər xarici ölkələrin dili də kifayət qədərgeniş şəkildə tədris olunur. Lakin heç bir xarici dilə bu qədər meyl və həvəs dəyoxdur. Bu da təhlükəli bir sindroma gətirib çıxarır, nəticədə rus dili Anadilimizi üstələməyə başlayır. Ziyalı narahatlığı və nigarançılığı da əsasən,buradan qaynaqlanır.

R.Məcid ciddi bir təəssübkeşliklə yazır: "Sonda birməqamı qeyd edim ki, məncə, Azərbaycanda kimsə rus dilini bilməyin, öyrənməyin əleyhinədeyil. Rus dili dünyanın ən zəngin, işlək dillərindən biridir, böyük ədəbiyyat,mədəniyyət, elm dilidir. Bu dildə dünyanın bir çox məşhur şəxsiyyətləridanışıb-yazıblar və indi də belədir. Üstəlik, rus dili qonşu, tarixən bağlıolduğumuz nəhəng bir dövlətin dilidir. Bütün buna görə ruscanı da öyrənib-bilməkvacibdir. Amma çox vacib, hətta taleyüklü bir şərtlə: hansısa başqa dilin, ocümlədən ruscanın Ana dilimizdən nəinki yüksək, heç ona bərabər də tutulmasına,dövlət dilimizin önünə keçməsinə imkan vermədən!”.

Rəşad Məcid Qurban bayramı ərəfəsində cəmiyyətimizüçün digər bir ağrılı məsələyə ziyalı həssaslığı ilə münasibət bildirmişdir.Hamımıza məlumdur ki, bir çox istetdadlı tələbələr təhsil haqqını ödəyə bilmədikləriüçün daxil olduğu ali məktəblərdə oxuya bilmirlər. Rəşad Məcid bu məsələyə sərtreaksiya verib və imkanlı adamları bu işdə yardımçı olmağa çağırıb. Burada da onunmövqeyi sərtdir, birmənalı və qətidir. Bu yazıda o, imkanlı, zəngin vətəndaşlarımızıtəhsil haqqını verə bilməyən gənclərimizə köməyə çağırır. Onun müraciəti tərpədicivə səfərbəredicidir. "Qarşıdan Qurban bayramı gəlir. Peyğəmbərimiz də elmi ibadətdənüstün tutub. O qoyunları sıraya düzüb cənnətə yol axtarınca bu tələbələrisevindirib savab qazanın!

Ən yaxşı cənnət təhsil almaq istəyən gənclərindualarındadır!..

Buyurun zənginlərimiz”.

Ən nəhayət, "Qələmsiz yazılanlar... Virtual aləmə səyahət,Rəşad Məcidin sms dünyasında görüşlər, statusların romantik ab-havasında üfüqovqatı... İnternet saytlarından istifadə, hansısa bir sosial şəbəkədəmövcudluq, ola bilsin ki, bəziləri üçün əyləncə, digərlərindən ötrü vaxt öldürmək,iddiasını, təşnəsini söndürmək, bir başqası üçün dəb xatirinə dəstədən geridəqalmamaq cəhdləridir. Yazıçı- publisist, üstəlik Rəşad Məcid kimi həssas, hərşeydə min bir məna axtaran və tapan istedadlı yazarlar üçün əyləncəli virtual məkanciddi ədəbiyyat və jurnalistika meydanına da çevrilə bilərmiş. Rəşad hər kəsinadi və saya, yaxud ötəri və keçici sandığı, əyləncə hesab etdiyi nəsnələri də ədəbiyyatvə publisistikanın ciddi predmetinə çevirməyi bacardı və özünün "cığıracan”lıqstatusunu bir daha yeni bir ilkə imza atmaqla möhürləmiş oldu. R.Məcidin təqdimetdiyi esse-sms-lər, yığcam süjetli statuslar, digər internet söhbətləripublisistikanın çevik, eksklüziv janrıdır. "Azərbaycan ədəbiyyatı və mətbuatıtarixində Rəşad Məcid tam yeni janrlara imza atmışdır. "Status-esselər” və"sms-esselər” adlandırdığı sosial şəbəkə yazışmalarında ilk dəfə Rəşad Məcidmüstəqil janr kimi söz açmışdır.” (Akademik İsa Həbibbəyli).

Rəşad Məcidin "Qələmsiz yazılanlar” virtual esseləri,kodlaşmış alqoritmik ədəbi- publisist düşüncələri heç şübhəsiz ki, müasir dünyabədii təfəkküründə gəlişmiş bir formadır. Bu virtual düşüncələr yaradıcılıqüslubu və elektron janr kimi Azərbaycan ədəbiyyatında və jurnalistikasında daartıq oturuşmağa başlamışdır. Bu düşüncələr Xalq yazıçısı Kamal Abdullanın "Əvvəl-axıryazılanlar”, Rəşad Məcidin "Qələmsiz yazılanlar” adıyla dərc edilərək üzəçıxmışdır. Bu yaxınlarda mərhum ədəbiyyatşünas, görkəmli tənqidçi və böyükziyalı Arif Əmrahoğlunun "Fasebook” statusları tələbələri tərəfindən toplanaraq"525-ci qəzet”in 19 iyul 2019-cu il tarixli nömrəsində yer aldı. Demək, təşəbbüsənənəyə çevrilməyə başlamışdır. Azərbaycan ədəbiyyatında və publisistikasındakimsə sinəsini irəli verib bu işi aşırmalıydı, zamanın tələbi kimi bu addımgec-tez atılmalıydı. Rəşad Məcid ilk təşəbbüskar oldu, yeniliyi yeni tərzdəictimai rezonansa çevirə bildi. Bundan sonra, ola bilsin ki, virtual ədəbiyyatvə publisistika janrı ənənəvi yazıları, hətta, üstələmiş də olsun. Bu zaman nətarix, nə də virtual ədəbiyyat və jurnalistikaya gələn yeni nəsil, əlbəttə, RəşadMəcidin xidmətlərini unutmayacaqdır.

Bu xüsusda Mehman Həsənli "Ədəbiyyatda esse” adlı məqaləsindəyazır: "Rəşad Məcid "Əvvəl-axır yazılanlar” silsiləsindən (Kamal Abdulla)ruhlanaraq sosial şəbəkələrdəki statuslarını "Qələmsiz yazılanlar” başlığı altındatəqdim etməyə başladı. Doğrudan da sosial şəbəkələrdə, xüsusən də "Fasebook”daaparılan ədəbiyyat söhbətləri, ədəbiyyatın və ədəbiyyatşünaslığın ən müxtəlif məsələləriilə bağlı paylaşılan statuslar, onlara yazılan şərhlər heç də digər yayımüsullarından (qəzet, jurnal və hətta internet saytları) geri qalmır, hətta deyərdimki, onları funksionallığı və hərəkiliyi baxımından üstələyir” ("Ədəbiyyat qəzeti”,7 sentyabr 2019-cu il).

Rəşad Məcidin elektron yaradıcılığı mövzu etibariləzəngin, mənalı, çoxqatlı, üslubi cəhətdən bədii, cazibədar və rəngarəngdir.Onun toxunduğu sahələri təxminən belə qruplaşdırmaq olar: portretlər, siyasi təhlillər– siyasi publisistika, mənəvi-əxlaqi söhbətlər, psixoloji yaşantılar,ictimai-sosial rezonans, ədəbi-tənqidi təhlil, eksklüziv araşdırma və ədəbi şəxsiyyətlərhaqqında söz, tarixi keçmişimizə ekskurs, yaddaş salnaməsi, poetika, romantika,ünsiyyət, nostalji, düşüncələr, keçmişlə bu günün harmoniyası, müniatür hekayələr,aforizmlər və s. Bütün bunlar Rəşad Məcidə xas sadəliklə, təmkinlə (bəzən dəşimşək çılğınlığı ilə) bədii sözün və təxəyyülün səyyar qanadlarında, ağıl və məntiqindərin fəlsəfəsində əyarlanır. "Hava limanı-1”, "Hava limanı-2”, "Yuxu”, "Qarareyhan”, "Göy üzü”, "Ağanisənin duası”, "Köhnə Bakı üçün nostalji” xarakteriknümunələr kimi nəzəri cəlb edir. Onun aforizmlərindən bir neçə seçmə: "Deyir, cənnətbaşqalarının qəlbində işğal etdiyimiz yerdədir”, "Qəzəb ədalətsizlikdən doğur”,"Kənddən şəhərə hamı eyni arzuyla gəlir”, "Əleyhinə danışılırsa, demək, varsan,mövcudsan. Lap yüz il əvvəl ölənlərin də qeybətini edirlərsə, onlar dadiridir”, "Buxovlar olmasa, xaos yaranar! Buxovlar idarəetmənin ən vacib həlqəsidir.Dinin, dövlətin, qanunların, cəmiyyətin, mentalitetin, ailənin... buxovları!Yaşasın buxovlar!”, "Əzmkarlıq abırsızlığa çevrilmirsə, sonda rəğbət yaradır” vəs. və i.a. Kitabı oxuyanlar hamısını gözdən keçirə biləcəklər.

Bir dəfə Xalq yazıçısı, böyük ustad Mirzə İbrahimovməndən sözarası soruşdu: "Loğman – bala, makinada yazırsan, yoxsa qələmlə?” "Qələmlə,Mirzə müəllim”, - dedim. Dedi: "Bərəkallah, düz edirsən, söz gərək barmaqdansüzülə...”. Rəşad Məcidin "Qələmsiz yazılanlar” kitabını oxuyanda nədənsə, busöhbəti xatırladım. Qələmlə yazılanlar... Qələmsiz yazılanlar... Söz gərəkbarmaqdan süzülə... Amma nə fərqi, qələmlə də, qələmsiz də yazanda, əsas odurki, söz barmaqdan süzülür. Qələmi də barmaqla qucaqlayırsan, klaviaturanı dabarmaqla döyəcləyirsən. Hər iki halda ürəkdən axıb gələn qan barmağı hərəkətə gətirir,beynin və ruhun yaddaşı barmaqdan boylanır. Əsas odur ki, bu prosesdə ürəkhakimlik etsin. Rəşad Məcidin virtual əsərləri qələmsiz yazılsa da, ürəksizyazılmayıb. Bu sözlərin, sətirlərin hər birində coşan, çağlayan, yanan,yandıran bir ürəyin hərarəti hiss olunur.

Rəşad Məcidin kitablarından birinin adı "Dəlicəsinə”adlanır. Dəlicəsinə sözü insan ehtiraslarının və ruhunun sərhədsiz yüksəlişininatributu kimi səslənir. Dəlicəsinə (Koroğlunun dəliləri) döyüşmək, dəlicəsinəişləmək, çalışmaq, dəlicəsinə yazıb-yaratmaq, dəlicəsinə sevmək... Dəli birsevda... Bəlkə elə Qarabağımızı da Rəşadın və Rəşad kimi vətənpərvərlərimizintorpağa, Vətənə olan dəlicəsinə məhəbbəti qaytaracaq?!