adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 Avqust 2022 10:58
732
ŞOU-BİZNES

Uraz Kayğılaroğludan sonra Cem Yılmaz da ətək geyib, poz verdi - FOTO

Ötən gün Türkiyənin tanınmış aktyoru Uraz Kayğılaroğlunun geyindiyi yubka (ətək) ilə olan fotoları sosial şəbəkdə əməlli - başlı bir müzakirə mövzusuna çevrildi.

Şotlandiyaya gedən Kaygılaroğlu şotland kişilərin geyindiyi "kilt" adlı ətəklə pozalar verdi və Sosial media hesabından paylaşım edən Kaygılaroğlu fotoların altında "Oğlum, Kayseriyə gəldik, mantı yeməyəcəyik!?"- deyə izləyiciləri ilə zarafatlaşdı.

Adalet.az HaberTürk.com-a istinadən xəbər verir ki,Cem Yılmaz bir qrup dostu Uraz Kaygılaroğlu və Nilperi Şahinkaya ilə Şotlandiyaya gedib.

Şotlandiyanın təbii və tarixi yerlərini gəzən komanda ölkənin milli geyimi olan kilt geyinməyi də diqqətdən kənarda qalmayıb. Gəzintiyə kiltlə çıxan Cem Yılmaz bu anı çəkərək sosial media hesabında paylaşıb.

Qeyd edək ki, Şotlandiyanın ənənəvi kişi geyimidir. Kiltlər ənənəvi olaraq tartan naxışları ilə bəzənir.

Şotlandiyada toy və ya xüsusi günlərdə geyilən bu ətəklər əslində milli qürurun və ailə / klan əlaqələrinin əhəmiyyətli bir simvoludur.

Şotland kişilərinin geydiyi kilt 500 illik keçmişində olduqca çox dəyişikliyə məruz qalsa da, hal-hazırda da şotlandların ənənəvi simvollarının başında gəlməkdədir. Kilt geyinmə adəti təxmini 1500-cü illərə söykənir, şotlandlar əvvəllər bu geyimi ov üçün istifadə edirdilər.

İngiltərənin müstəmləkəsi olan Şotlandiyada 1747-ci ildə o dövrdə hökm sürən İngiltərə kralı II Qeorqun (George) əmri ilə kilt geyilməsi qadağan edildi. Ancaq şotlandlar və bütün xalq Kralı etiraz edərək kilt geyməyə və ənənələrini qorumağa davam etdilər. Kilt geyiminə qoyulmuş qadağa 1782-ci ildə ləğv edildi, ancaq kilt Şotlandiya sosializminin əhəmiyyətli bir simvolu vəziyyətinə gəldi. Şotland kişilər zamanımızda da xüsusi günlərdə və mərasimlərdə kilt geyinməyə davam edirlər.

Azens.az saytının məlumatına görə, kilt tərcümədə “vücuda dolanan geyim” deməkdir. Şotlandiya kostyumu: pencək, köynək, qalstuk, kilt, kilt iynəsi, dizə qədər yun corab, lent və yüngül kostyum ayaqqabılarından ibarətdir. Ayrıca kilt şotlandlar üçün gücün, romantikliyin və dramatizmin də ən böyük simvoludur.

 Əntiqə Rəşid