Azər AXŞAM: “Bizim bəlamız da budur”
Əməkdar artist Azər Axşam hər kəsi ana dilimizin qaydalarına uyğun danışmağa çağırıb.
Adalet.az bildirir ki, o, ana dilində əlifbada “ts” hərf birləşməsinin olmadığını qeyd edib:
“Xüsusən, sözüm gənclərədir. Əziz gənclər, siz “tsox” deyən kimi həmin onu düzəltməyə çalışıb “çox” deyin. Belə etmədiyiniz halda çox bərbad bir nitqiniz olacaq. Bizim dilimizdə əlifbada “ts” hərf birləşməsi yoxdur. Normal olaraq əlifbamızda “ç” hərfi var. Və düşünürəm ki, bu hərfi hər kəs tanıyır və bu hərfi ifadə edə bilir. Siz səhv dediyiniz sözləri tez bir zamanda korreksiya edin. Bu mütləqdir. Nitqimizin səhv olmağı bizim bəlamızdır”.
Əntiqə