adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Avqust 2017 22:31
20114
MARAQLI

Universitet tələbəsi olan meymun 39 yaşında öldü

Amerika Birləşmiş Ştatlarının Tennes əyalətində bir antroploqla 9 il birlikdə yaşayan oranqutan həyata gözlərini yumub.

Çantek adlı meymun antroploqun yanında otağını yığışdırmağı, əşyalardan istifadə etməyi və fastfud restoranına getməyi öyrənib.

Şimali Amerikanın ən yaşlı meymunlarından olan Çantek insanlarla səmimi münasibət qura bilməsi ilə digər meymunlardan xeyli fərqlənib.

Himayəçisi ilə birlikdə Tennes Universitetinə gedib-gələn Çantek haqqında sənədli film də çəkilib.

Qeyd edək ki, Oranqutan Çantek Amerika İşarə dilini öyrənən ilk meymunlardan olub.(publika.az)