Ümrə ziyarətinə növbəti qrupun yola düşəcəyi vaxt açıqlandı
Azərbaycandan Ümrə ziyarətinə növbəti qrup martın 17-də yola düşəcək.
Adalet.az xəbər verir ki, bu barədə Report-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.
Onun sözlərinə görə, bu dəfə Səudiyyə Ərəbistanına 60 nəfərlik qrup gedəcək: "Bəzi insanlar işlə əlaqədar vaxtları olmadığından Ümrə ziyarətini Novruz bayramı tətili günlərində həyata keçirirlər”.
H.Babayev bildirib ki, Ümrə ziyarətinə bu dəfə gedən qrupun 50 faizi 2230, 50 faizi isə 1590 dollarlıq xidmət paketindən istifadə edib.
QMİ rəsmisi Azərbaycandan bu mövsüm ümumillikdə 260 nəfərin Ümrə ziyarətinə getdiyini də vurğulayıb.
Digər Xəbərlər
28 Aprel 2024 21:01
Abid Şərifov oğlunun ölümündən danışdı: "Belimi qırdı" - VİDEO
28 Aprel 2024 15:42Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
28 Aprel 2024 12:14Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib - FOTOLAR
28 Aprel 2024 11:04Cümhuriyyəti yıxan, işğala rəvac verən BOLŞEVİK NÖKƏRLƏRİ
28 Aprel 2024 10:01