adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Aprel 2020 11:12
40700
ƏDƏBİYYAT

ÜMİDLƏRİMİZİN YAZ SƏHƏRİ...

Lətif Şüküroğlu-60

LətifŞüküroğlu (Babayev) "Cümhuriyyət hökuməti repressiya məngənəsində”, "AzərbaycanXalq Cümhuriyyətinin sərhəd mühafizəsi tarixi (1918-1920)”, "AXC dövründə orduquruculuğu” (və s.) kitablarının müəllifi, tarix üzrə fəlsəfə doktorudur.

İxtisascajurnalistdir. AYB üzvüdür. Jurnalist kimi qələmindən çoxlu məqalə çıxsa da, yazıçıtək onu avtobioqrafik "Taleyin izləri” romanı təmsil edir.

Bioqrafiyasınınbir önəmli cəhəti də Xüsusi Xidmət Orqanlarında işləməsi olub, ehtiyatda olanpolkovnikdir. Hal-hazırda Milli Məclisdə çalışır.

ÜMİDLƏRİMİZİN YAZ SƏHƏRİ...

Gəncliyin qızıl illərində Rəfiq Özdəkin "Türkün qızıl kitabı”nı bir də əliməgötürəndə tərcüməçilərinə baxdım: Lətif Şüküroğlu, Nəsiman Yaqublu. "İndiyədək niyə fikir verməmişəm?” Lətifləneçə ildi eyni qurumda çalışırdıq. Ancaq Lətif özü də bu barədə danışmamışdı. Dəyərlibir kitabın tərcüməsi üçün ona "sağ ol” dedim.

Lətif adı gələndə, Qarabağ uğrunda şəhidlərverən Zəngilana xidməti ezamiyyətdəykənyazdğım şeirim yadıma düşür həmişə, xüsusən də, bu misralar:

Di gəl bu qansız ağaclar

gör necə ürəkdən açıb...

...Gözlərimi Lətifin telefon zənginə açdım, gecə gecyatmışdım. "Sənin ilin gördün də necə başladı,” tez onuqabaqladım. "Nə olsun, koronavirus qadağaları sənin doğulduğun gündən sərtləşdi,-”dedi.



Gülüşdük.

"Pəncərədən baxıram.., həyətdəki ağacın nə çiçəyivar, nə yarpağı, ancaq üzərində buğum-buğum yaşılı görünür,-” söylədi Lətif.

"Ancaq Zəngilanda barıt qoxulu havada belə, ağaclarürəkdən açırdı,”öz-özümə düşündüm. "Həyətdəki ağacın üzərindəki buğum-buğum yaşıl isə bəlkə ölməyənson ümidlərimizdir,-” bunu da ürəyimdə söylədim.

Bir yaz səhəri mənə Zəngilandan zəng elə, Lətif!

Və... səsini"su kimi

alışan ruhuma çiləyim...”

Qardaşxan

aprel,2020

P.S. "Karantinfürsəti”ndə mənə qalın-qalın kitablar yazmağı arzulayan dost, qoy bu kiçik yazıbir başlanğıc olsun.