adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Aprel 2024 13:55
1178
ŞOU-BİZNES

Fəqan Bərdəli: “… danışmağımı yamsılayanda əsəb keçirirəm”

Aktyor Fəqan Bərdəli parodiya etdiyi məşhurların ondan incidiyini söyləyib.

Adalet.az xəbər verir ki, o, xalq artisti Niyaməddin Musayevin ona əsəbləşməyindən danışıb:

“Niyaməddin müəllimin danışıq tərzini parodiya etmişdim. Bir gün qarşılaşanda mən istədim ki, onunla üzləşməkdən yayınam. Amma məni yanına çağırdı. Dedi ki, sən istedadlısan. Sənətkarları gözəl parodiya edirsən, amma danışmağımı yamsılayanda mən əsəb keçirirəm. 
Mən də ddedim ki, sizi süvərəkdən parodiya edirəm. Əsəbləşdi ki, mənim nəyimi sevirsən?! Sənə dedim ki, danışmağımı parodiya eləmə”.

Əntiqə