"Ulduz" jurnalı və "Xalq qəzeti" yeni layihəyə başlayıb
"Ulduz" jurnalı və "Xalq qəzeti" yeni layihəyə başlayıb.
Bu barədə Adalet.az-a jurnalın baş redaktoru Qulu Ağsəs məlumat verib.
O bildirib ki, bu layihə bir ilkə imza atır.
“Belə ki, efirdə yayımlanan veriliş müsahibə kimi "Ulduz" jurnalı və "Xalq qəzeti"ndə yayımlanacaq. "Ayrı söhbət" adlı verilişin ilk çəkilişi artıq baş tutub. Qonaq dəyərli ədəbiyyat və dövlət xadimi Hidayət Orucov olub.
Tamaşaçılar verilişi bu həftəsonu izləyə biləcəklər”, - baş redaktor əlavə edib.
İdeya müəllifi və aparıcısı Qulu Ağsəs olan verilişdə tək ədəbiyyat adamları yox, unudulmuş, maraqlı sənət adamları da çıxış edəcəklər.
Digər Xəbərlər
28 Sentyabr 2026 14:32
Ölünü dirildən Yazı (Aqil Abbasın "Rəmiş" povesti üzərinə) - Sərvaz HÜSEYNOĞLU yazır
28 Sentyabr 2026 09:59
Əbülfət Mədətoğlu: ŞƏHİD ANASININ GÖZLƏRİ
27 Sentyabr 2026 08:00
ŞƏHİDLİKDƏN ZƏFƏRƏ: 27 SENTYABRIN YADDAŞIMIZDAKI YERİ
26 Sentyabr 2026 12:41


Bakı -°C

