adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 May 2018 15:59
15277
MARAQLI

Ukraynanın “Tarixi Ürəyi”

Bir neçə həftə öncə Ukraynada səfərdə olarkən dostumuzundəvətilə ölkənin qərbində yerləşən Lvov şəhərinə də "atüstü” baş çəkdik. Bu barədətəəssüratlarımızı oxucularımızla bölüşmək maraqlı olardı.

Öncə qeydedək ki, Ukraynanın qərbdəki əyalət və şəhərləri ölkənin arxitekturası,görünüşü və hətta, bəzi hallarda əhalisinin davranış tərzi ilə Avropayayaxınlığı ilə seçilir və bu baxımdan ölkənin şərq regionlarından fərqlənir. Bu,həm də Ukraynanın qərb hissəsinin xeyli müddət Avropa imperiyaları vədövlətlərinin tərkibində qalması ilə izah edilə bilər. Beləliklə, LvovUkraynanın qərbində ən böyük, ölkə miqyasında isə 7-ci şəhər hesab edilir. Şəhərintəxminən 800 minədək əhalisi var. Şəhərin başlanğıc tarixi 13-cü əsrə gedibçıxır və tarixən Qalisiya knyazlığının ərazisinə daxil olub. Şəhər Qalisiya-Volhiniya knyazı Danielin oğlu Levinşərəfinə adlandırılıb. Şəhər ölkənin "tarixi ürəyi” adlandırılır. Lvovunmərkəzi tamamilə göz oxşayan qədim arxitektur binalardan və daş döşənmiş,keçmişin izlərini qoruyub saxlayan küçələrdən ibarətdir. Bu isə Lvova ayrıcabir zərafət və gözəl turistik şəhər görkəmi verir. Şəhərin köhnə binalaryerləşən mərkəzi hissəsi demək olar ki, toxunulmaz qalıb və yalnız şəhərinqıraq hissələrində yeni tikili şəhərciklərinə rast gəlmək olar. Bununla belə, şəhərinqədim arxitektur binaları təmirsiz görünür, sakinlər qışı sərt keçən buyerlərdə həmin binaların qızdlırılmasını iqtisadi baxımdan "cibə uyğun”saymırlar. Çünki bu binalar köhnə təmirli olduğuna görə qədim divar sobalarıilə çoxlu yanacaq sərf edilməklə qızdırılır. Yeni tikililərin qızdırılması isəbundan qar-qat ucuz başa gəlir. Buna görə də yeni tikililər bu şəhərdə dahabaha və yaşamaq üçün prestijli sayılır. Şəhərin mədəni həyatı da diqqət çəkir.Burada ali məktəblərlə yanaşı, müxtəlif incəsənət mərkəzəri, Lvov Opera vəBalet Teatrı və sair yerləşir. Lvovdakı tarixi şəhər mərkəzi isə UNESCO-nunDünya İrsi Siyahısına daxil edilib.

LvovUkraynanın və postsovet məkanının ən populyar turizm şəhərlərindən biri hesabedilir. Lvovun görünüşündən və tarixi özünəməxsusluğundan əlavə, şəhərinmərkəzində turistləri əyləndirəcək bir çox mərkəzlər, tarixi Lvov qəhvəsinin,Lvov şirniyyatlarının və pivəsinin hazırlandığı maraqlı yerlər var. Şəhər Yeniil ərəfəsi və bir çox əlamətdar günlərdə turistlərlə dolur. Şəhərin unikalxüsusiyyətlərindən biri isə əhalisinin 80%-ini qadınların təşkil etməsidir.

Postsovetməkanında unikal turizm və sağlamlıq mərkəzi - "Edem Resort & SPA”

Lvovu və ətraf ərazilərituristlər üçün cazibəli edən digər vacib məqamlardan biri isə bu yerlərdə fəaliyyətgöstərən müasir turizm və sağlamlıq mərkəzləridir. Bu cür turizm mərkəzlərindənbirində - unikallığı ilə fərqlənən "Edem Resort &SPA”da qonaq olduğumuz üçün bu barədə də təəssüratlarımızıbölüşməyə dəyər.

Öncə qeyd edək ki, bu gözəl otel özünün unikal gölüvə qumlu çimərliyi ilə Lvov yaxınlığındakı Strelki kəndindən cəmisi 10 dəqiqəlikməsafədə yerləşir. Qonaqların xidmətinə tennis kortu, mini-barlı nömrələr, spamərkəzi və yoqa, pilates məqşləri keçirilən trenajor zalı verilir. EdemMedical-ın bütün eleqant nömrələri neytral tonda yerləşməklə yastı ekranlıtelevizorla təmin olunub. Vanna otağında fen və digər zəruri əşyalar var.

Otelin mükəmməl dekorasiyalı restoranında isəUkrayna və Avropa mətbəxinə mənsub dadlı yeməklər təqdim edilir. Bundan başqa,havadan və mövsümdən asılı olaraq qonaqlar açıq havada və gölə açılan mənzərəilə nahar edə bilərlər.Qonaqlar Medical Edem-in xüsusi çimərliyində və yasaunada ist6iraht edə, yaxud bilyard oynaya bilərlər. Bobrka kəndi və Lvova uzanan H09avtomagistralı oteldən 5 km aralıda yerləşir. Buradan Lvov hava limanınadək isə41 km-dir. Otelin unikal xidmətlərindən razılıq edən qonaqlar həm də kompleksinşəhər səs-küyündən uzaq, eyni zamanda, asan yetişə biləcək bir ərazidə yerləşməsindən,Lvova yaxın təbiət qoynunda olmasımndan məmnundurlar. Bir neçə hovuzu, şkaflıpaltardəyişmə otaqları, yoqa, pilates, fitnes şəraiti, müxtəlif növ massaj xidmətlərininçox keyfiyyətli bir şəkildə göstərilməsi də otelə əlavə üstünlüklər qazandırır.Belə ki, əl, baş, ayaq, boyun, kürək massaj növləri, massaj kreslolarından, həmçininbir neçə növ düşdan istifadə imkanları da buraya əlavə olunmalıdır. Çimərlikdəisə çətirlər və kresloların olması çimərlik xidmətindən yararlananlara əlavəkomfort bəxş edir. Oteldə il boyu daim içləyən örtülü hovuz, türk hamamı,hidromassaj vanna-cakuzisi mövcuddur. Massaj üçün ayrıca qonaqlar ayrıca ödənişedir.

İstirahət Mərkəzi çox gözəl bir çimərliyə malikdir.Oteldən çimərliyə cəmi 2 dəqiqəyə çatmaq mümkündür.

Otelin hər yerində ödənişsiz Wi-Fi mövcuddur. Həmçininoteldə rahat parkinq yeri, seyf, 24 saat işləyən resepşn, lift xodmətimövcuddur. Oteldə 14 yaşından yuxarı uşaqlar qala bilərlər. Otel bütün imkanları, unikal məkanı, yerləşdiyitəbiət və təqdim etdiyi xidmətləri ilə nəinki Ukraynada, eləcə də postsovet məkanındavə Avropada unikallığı ilə seçilir.

Rasim Əliyev

Bakı-Lvov-Bakı