adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
26 Mart 2023 09:30
213
DÜNYA

Ukrayna ordusu Rusiya PUA-larını məhv edib

Ukrayna hərbi aviasiyası Rusiya ordusunun cəmləşdiyi ərazilərə 11 zərbə endirib.

Adalet.az-ın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bazar günü, martın 26-da səhər hesabatında bildirib.

Ukrayna hərbçiləri düşmənə məxsus Orlan-10 və Superkam tipli 2 PUA-nı məhv etməyə müvəffəq olub.

"Raket və artilleriya bölmələri öz növbəsində üç komanda məntəqəsini və düşmənin canlı qüvvəsi, silah və hərbi texnikasının cəmləşdiyi beş ərazini vurub", - məlumatda deyilir.