13 May 2025 10:01
85
İDMAN

"Real”ın iki futbolçusu üçün mövsüm bitdi

İspaniya La Liqasının XXXV turunda baş tutan "Barselona" ilə oyundan sonra "Real”ın iki futbolçusu zədələnib.

Adalet.az AS-a istinadən xəbər verir ki, braziliyalı hücumçu Vinisius Junior və ispaniyalı müdafiəçi Lukas Vaskes zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaqlar.

Hücumçu ayaq biləyindən, müdafiəçi isə sol budundan zədə alıb.

Qeyd edək ki, “El-Klasiko” “Barselona”nın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Kataloniya komandası hazırda 82 xalla turnir cədvəlində liderdir. İkinci pillədə olan paytaxt təmsilçisinin isə 75 xalı var.